Accessibility links

İran məhkəməsi amerikalı turistlərin işi ilə bağlı hökmü bir həftə sonra çıxaracaq


İran məhkəməsi amerikalı turistlərin işi ilə bağlı hökmü bir həftə sonra çıxaracaq
İran məhkəməsi amerikalı turistlərin işi ilə bağlı hökmü bir həftə sonra çıxaracaq

İranda casusluq ittihamları ilə həbs edilmiş amerikalı turistlərin vəkili məhkəmənin onların işi ilə bağlı qərarı gələn həftə çıxaracağını bildirib. Vəkil Məsud Şafieyi bu açıqlamanı bu gün, məhkəmənin amerikalının işi ilə bağlı sonuncu dinləmə keçirməsindən sonra verib. Dinləmələr Şeyn Bauer, Coş Fattal və Sara Şordun İraq sərhəddini qeyri-qanuni keçmək ittihamlı ilə həbs edilməsinin ikinci ili tamam olan vaxt keçirilib. Keçən il sentyabr ayında yarım milyon dollar məbləğində zəmanət ödənilməklə azad edilən Sara Şord bu gün dinləmələrdə iştirak etməyib. Coş Fattal və Şeyn Bauer İranda həbsxanadadır. Amerikalı turistlərin hər üçün onlara qarşı ittihamları rədd edir.

XS
SM
MD
LG