Accessibility links

İranda yoxa çıxmış amerikalının axtarışı davam edir


İranda yoxa çıxmış amerikalının axtarışı davam edir
İranda yoxa çıxmış amerikalının axtarışı davam edir

Klinton Birləşmiş Ştatların Levinsonun sag olması və cənub-qərbi Asiyada saxlanıldığı barədə yeni məlumat əldə etdiyini bildirib

İran dörd il əvvəl İranda yoxa çıxan amerikalının axtarışını davam etdirəcəyini bildirib və ABŞ rəsmilərini bu məsələdə İrana yardım etməyə çağırıb.

İran Xarici İşlər Nazirliyinin sözcüsü Ramin Mehmanpərəst bu gün Federal Təhqiqat Bürosunun sabiq işçisi Robert Levinsonun axtarışına davam ediləcəyini bildirib. Bu günə qədər onun izinə düşmək mümkün olmayıb.

Bu açıqlama ABŞ dövlət katibi Hilari Klintonun İrana məsələ ilə bağlı yardım göstərmək haqda çağırışını təkrar etdikdən bir neçə gün sonra verilir.

Klinton ötən həftə Birləşmiş Ştatların Levinsonun sag olması və cənub-qərbi Asiyada bir yerdə saxlanıldığı barədə yeni məlumat əldə etdiyini bildirib.

XS
SM
MD
LG