Accessibility links

ABŞ İranı dənizdə ələ keçirməyə çalışdığı hərbi dronlarını azad etməyə məcbur edib


ABŞ rəsmilərinin cümə günü bildirdiyinə görə, Birləşmiş Ştatlar bu həftə ikinci dəfə İranı dənizdə ələ keçirməyə çalışdığı hərbi dronları azad etməyə məcbur edib.

İran Yəmən sahili yaxınlığında Qırmızı dənizdə hərbi gücünü artırır. Tehran orada Husi hərəkatını dəstəkləyir.

Bu insident ABŞ-la İran arasında hərbi gərginliyin olduğunu göstərən sonuncu insidentdir. Bundan bir müddət öncə də İran körfəzində bənzər hadisələr baş verib. Bu insidentlər keçən həftə Suriyada ABŞ-la İranın dəstəklədiyi qruplar arasında baş verən atışmalardan sonraya təsadüf edib.

İran dövlət televiziyası cümə günü İran donanmasının Qırmızı dənizdə iki ABŞ Hərbi Dəniz Donanmasının iki pilotsuz təyyarəsini azad etdiyini etiraf etsə də, heç bir sübut təqdim etmədən Amerikanı pilotsuz təyyarələrinin dənizdə təhlükəsizliyi təhdid altına almaqda ittiham edib.

“(İran donanmasının) “Jamaran” freqatı cümə axşamı ABŞ donanmasına xəbərdarlıq etdikdən sonra baş verə biləcək hər hansı qəzanın qarşısını almaq üçün iki gəmini ələ keçirib. Beynəlxalq gəmi zolaqlarının təhlükəsizliyi təmin edildikdən sonra hər iki gəmi təhlükəsiz bölgəyə buraxılıb” - deyə, dövlət televiziyası bildirib.

ABŞ Hərbi Dəniz Donanması verdiyi açıqlamasında bu versiyanı təkzib edərək, dronların ən yaxın dəniz nəqliyyat zolağından azı 4 dəniz mili (7,4 km) uzaqlıqda, təyin edilmiş patrul bölgəsində olduğunu bildirib.

Hərbi Dəniz Qüvvələrinin bəyanatında “Gəmilər dəniz nəqliyyatı üçün heç bir risk yaratmayıb və 200 gündən çox ardıcıl olaraq, Qırmızı Dənizin cənubunda insidentsiz fəaliyyət göstərib” deyilib.

ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi iranlıların cümə axşamı yelkənli dronları sudan çıxarıb, onların üzərini brezentlə örtərək, pilotsuz təyyarələri gizli şəkildə ələ keçirməyə çalışdıqlarını deyib.

XS
SM
MD
LG