Accessibility links

Rusiya və İran Əfqanıstanda siyasi prosesə təsir göstərməyə çalışır


ABŞ hərbçilərinin bildiyinə görə, Rusiya və İran illərdir zorakılıqlara səhnə olan Əfqanıstanda siyasi nüfuz uğrunda qlobal qüdrətlərlə rəqabət aparırlar.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel Amerikanın Səsinə deyir ki, ələlxüsus Moskva cərəyan edən qaşıdurmalarada "həlledici fiqur" kimi mövqe tutmağa can atır.

Hesab edirəm ki, Rusiya ABŞ-la Əfqanıstan və Suriyada - harada mümkündürsə rəqabət aparmağı özünə strategiya olaraq seçib.

"Hesab edirəm ki, Rusiya bunu etməyə çalışır, onlar bizimlə rəqabət aparmaq və istər Əfqanıstanda, istər Suriyada, istərsə də başqa bir yerdə olmağına baxmayaraq öz təsirlərini bir strategiya olaraq həyata keçirirlər," Votel deyir.

General qeyd edir ki, ruslar və iranlılar istədikləri hekayə xəttini yaymaq üçün dezinformasiyaya üz tutublar:

"Onlar sadəcə Əfqanıstanda deyil, İraqda və Suriyada da ABŞ-ın İŞİD-i dəstəkləməkdə və təşviq etməkdə məsuliyyət daşıması barədə fikir formalaşdırmaqda davam edirlər."

Votel ABŞ-ın İslam Dövləti terror qrupunu təşviq etməsi haqda deyilənləri "gülünc" adlandırır.

General Cozef Votel
General Cozef Votel

Vaşinqtonda fəaliyyət göstərən Milli Müdafiə Universitetinin dosenti Matt Dearinq Moskvanın Əfqanıstana qarışmasının təəccüb doğurmadığını söyləyir.

"Onların Əfqanıstana müdaxilə üçün hər cür motivləri var. Mən onların Talibanı yaxud hökumət müxalifət partiyalarını dəstəkləmək üçün bir çox istiqamətlər üzrə bunu davam etdirəcəyini gözləyirəm. Əfqanıstan siyasətçilərinin Rusiyanı dəstəkləməsi məyusedicidir. Bu, siyasətdə daha çox parçalanmalar yaradır və Əfqanıstan İslam Respublikasının hökumətinin legitimliyinə zərbə endirir," Dearinq deyib.

Rusların Əfqanıstana müdaxilə üçün hər cür motivləri var. Mən onların Talibanı yaxud hökumət müxalifət partiyalarını dəstəkləmək üçün bir çox istiqamətlər üzrə bunu davam etdirəcəyini gözləyirəm.

Kaliforniyada, Monterey Hərbi Dəniz Universitetinin professoru və “Taliban Narratives”in müəllifi Tomas Conson deyir ki, Rusiyanın Əfqanıstana təsir imkanları bir qədər şişirdilib.

"Düşünürəm ki, rusiyalı rəsmilərin Talibandakı rolu bir qədər şişirdilib," Conson bildirib. O əlavə edir ki, Taliban da daxil olmaqla, əfqanlar 1970-ci illərin sonlarında rus müdaxiləsinin canlı şahidi olublar və bu səbəbdən “əfqanlar rusları xoşlamırlar”.

Əfqanıstanda bir müddət olan Conson Rusiya dövlət başçısı Vladimir Putinin son olaraq ABŞ-ın müharibə apardığı ölkəsdə uğursuz olduğunu görmək istədiyini vurğulayır.

Əfqanıstan və İranın müdafiə nazirləri birgə mətbuat konfransında.
Əfqanıstan və İranın müdafiə nazirləri birgə mətbuat konfransında.

Rəsmi Moskva Əfqan Talibanları ilə əlaqəsini danmır, lakin rus rəsmilər üsyançılarla ölkəni sülh danışıqlarına cəlb etmək üçün əlaqə qurduqlarını bildirirlər.

"Biz bu təmasları ilk öncə Əfqanıstanda Rusiya vətəndaşlarının, oradakı rus agentliklərinin təhlükəsizliyi, Talibanı silahlı münaqişədən imtina etməyə və hökumətlə milli dialoqa qoşulmağa razı salmaq üçün qururuq,” deyə Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib. Bu bəyanat Əfqanıstan hökuməti bu mövzuda narahatlıqlarını bildirdikdən sonra olub.

Lavrov Əfqanıstanın rəsmi Moskvanın üsyançılarla əlaqəsi və Talibanı İslam Dövləti döyüşçülərinə qarşı mübarizə məqsədilə istifadə etmək iddialarını rədd edib.

Onlar sadəcə Əfqanıstanda deyil, İraqda və Suriyada da ABŞ-ın İŞİD-i dəstəkləməkdə və təşviq etməkdə məsuliyyət daşıması barədə fikir formalaşdırmaqda davam edirlər.

Əfqan rəsmiləri ölkənin uzun müddətdir ki, Talibanla sülh danışıqlarının aparılması ilə bağlı narahat olduqlarını bildiriblər.

Təbii ki, Rusiya Əfqanıstanda nüfuza can atan yeganə anti-Qərb ölkə deyil. General Votel İranın da həm Taliban, həm də Əfqanıstan höküməti ilə əlaqəyə girməklə şərq qonşusunda “öz maraqlarını güddüyünü” deyir.

Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq İran daha çox öz ölkədaxili sabitliyindən narahatdır.

XS
SM
MD
LG