Accessibility links

İran vurulan Ukrayna təyyarəsindəki ikili vətəndaşları iranlı hesab edir


İranın Xarici İşlər Nazirliyi İranın bu ayın əvvəlində təsadüfən vurulan Ukrayna təyyarəsində ölən ikili vətəndaşlıq statusu olan sərnişinlərin İran vətəndaşları hesab edildiyini bildirib.

Qəza zamanı həlak olan 176 nəfər arasında çoxu İran tərəfindən tanınmayan ikili vətəndaşlığı olan iranlılar idi. Təyyarədə ölən 57 Kanada vətəndaşının çoxu iranlı kanadalılar idi.

"Biz Kanadaya Tehranın təyyarə qəzasında həlak olan ikili vətəndaşları İran vətəndaşları hesab etdiyini bildirdik. İran onlara yas tutur" - deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi həftəlik mətbuat konfransında bildirib.

Kanadanın xarici işlər naziri Fransua Filipp Şampan ötən çərşənbə günü İranın ikili vətəndaşlıq mövqeyini "cəfəngiyyat" adlandıraraq, rədd edib. Baş nazir Castin Trudo cümə günü məsələnin gündəmdə olmadığını deyib və iranlıların ailələrinin istəklərinin vacibliyini vurğulayıb.

"Onlar (İran) bizi bunun baş verəcəyi barədə əmin ediblər. Əlbəttə, biz də onların hərəkətlərinə görə mühakimə isrəli sürəcəyik", Kanada hökumətinin rəsmisi bazar ertəsi bildirib. O, ölənlərin ailələrinin istəyinin nəzərə alınacağını deyib.

Rəsmi nümayəndə vəziyyətin həssaslığın görə adının açıqlanmasını istəməyib.

Təyyarə fəlakətindən sonra İranda etiraz aksiyaları başlayandan Britaniyanın Tehrandakı səfiri qısa müddət nəzarət altına alınmışdı.

İran rəsmiləri onun qanunsuz bir mitinqdə iştirak etdiyini, səfir isə qurbanların anım mərasimində olduğunu demişdi. Britaniya səfirin həbsini tənqid edib.

"İran beynəlxalq qanunları pozmadıqca, İrandakı bütün xarici diplomatlara hörmətlə yanaşır"- deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi həbslə əlaqədar bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG