Accessibility links

İranlı amerikalılar həmvətənlərinə dəstək verir


İranlı amerikalılar vətənlərində yaşanan vəziyyəti yaxından izləyir. Belə ki, şənbə günü Tehran İran hərbi qüvvələrinin Ukraynanın içərisindəki 176 nəfərin öldüyü sərnişin təyyarəsini səhvən vurduğunu etiraf etməsindən sonra ölkədə etirazlar davam edir.

İranlı amerikalıların çoxu İranda davam edən nümayişlərdə iştirak edən İran xalqına və onların tələblərinə dəstək ifadə etmək üçün küçələrə çıxıb.

Bazar günü onlarla iranlı-amerikalı fəal Vaşinqton şəhərində toplaşaraq, Ukrayna təyyarəsindəki qəzada həlak olanların xatirəsini anmaq və İran hökumətinin son etirazlara qarşı həyata keçirdiyi zorakılılarla üzləşən həmyerlilərinə dəstək nümayiş etdirib.

"Mən İran xalqını dəstəkləmək və onların səsi olmaq üçün buradayam" - deyə, adının Münir olduğunu deyən iranlı-amerıkalı bildirib.

Vaşinqtonun mərkəzində digər iranlılarla dayanan bu qadın "[İranda] küçələrə çıxsanız həbs oluna bilər, öldürülə bilərsiniz, o insanlar çox cəsarətlidir", deyib.

Vaşinqtonda toplaşanlar arasındakı digər bir iranlı-amerikalı Fəramərz İrandakı etirazçıları dəstəklədoiyinə görə ABŞ-a minnətfdar olduğunu, Vaşinqtonla Tehran arasında hərbi qarşıdurmanın olmasını istəmədiyini deyib.

"Prezident Trampın fars dilində Tweet yazması çox xoşdur, lakin biz ona müharibə istəmədiyimizi demək istəyirik" - deyə, Zafi Ameriknın Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG