Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində virusa yoluxanların sayı 8 min nəfərə çatır


İranın Şərqi Azərbaycan vilayətinin Tibb Elmləri Universitetinin verdiyi məlumata görə, bu vilayətdə virusa yoluxanların sayı 8 min nəfərə çatır.

Universitetin rektoru Dr. Məhəmməd Hüseyn Somi mayın 23-də keçirilən mətbuat konfransında bu vilayətdə son gün ərzində koronavirusa yoluxanlar ilə birlikdə vilayətdə 7924 nəfərdə virus aşkarladığını bildirib.

O, əldə olan məlumata əsasən hər həftə keçən həftə ilə müqayisədə aşkarlanan yeni yoluxanların sayının 30 ilə 40 faiz artdığını, virusa yoluxanların sayının əhali arasında yüksəlişdə olduğunu ifadə edib.

Şərqi Azərbaycan vilayətinin Sərəskənd (Həştrud) şəhərində böhranlı vəziyyət davam edir. Həştrud şəhərinin valisi Əmin Əminiyan virusa yoluxanların rəqəmini bildirməkdən imtina edərək, vəziyyətin bu şəhərdə böhranlı olduğunu bildirib. O, sağlamlıq və gigiyena qaydalarını pozanların məhkəməyə veriləcəyini deyib, şəhərin 3 qəsəbəsində ağır və böhranlı durumdan dolayı kəskin karantin rejimi tətbiq olduğunu təsdiqləyib.

Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri Universitetinin rektoru isə mayın 23-də son 24 saatda vilayətə 158 nəfərdə koronavirus aşkarladığını bildirib. Onun verdiyi məlumata əsasən, mayın 23-ə qədər vilayətdə ümumilikdə 4513 nəfərin virusa yoluxub, bunlardan 204 nəfəri həyatını itirib. 3 nəfər son 24 saatda vəfat edib.

Açıqlanan statistikalara görə, son gün ərzində vilayətin Urmiyə şəhərində 46, Xoyda 57 və Bəykəndi (Bokan) şəhərində isə 22 nəfərdə virus aşkarlanıb.

Ərdəbil vilayətinin rəsmilərinin verdiyi son statistikalara əsasən, son 24 saatda aşkarlanan 38 yeni yoluxma halının təsdiqlənməsi ilə vilayətdə koronavirusa yoluxanların sayı 2559 nəfərə çatıb.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani mayın 23-də mayın 24-dən etibarən dini məkanların ibadətə açılacağını və mayın 30-dan isə dövlət idarələrinin normal şəkildə bütün əməkdaşları ilə çalışmağa başlayacağını bildirdi.

İran Səhiyyə Nazirinin açıqladığı koronavirusuna yoluxanların son statistikalarına görə, son 24 saatda ölkədə 1869 nəfərdə virus aşkarlanıb, 59 nəfər isə həyatını itirib, beləcə ölkədə virusa yoluxanların sayı 133 521 nəfər və həyatını itirənlərin sayı isə 7359 nəfər olub.

XS
SM
MD
LG