Accessibility links

İranın səhiyyə rəsmiləri prezidentin virusla bağlı qiymətləndirməsini təkzib edib


İranın səhiyyə rəsmiləri prezidentin virusla bağlı qiymətləndirməsinin mahiyyətini azaltmağa çalışıb.

Prezident İranda seroloji təhlillərin 25 milyon insanın virusa yoluxduğunu göstərdiyini deyib.

Həsən Ruhaninin bu məlumatı ölkə əhalisinin üçdə bir hissəsinin virusa yoluxduğu deməkdir.

Seroloji testlər xəstəliyin hazırkı durumunu müəyyən edə bilməz

Lakin Səhiyyə Nazirliyinin sözçüsü Sima Sədat Lari rəsmi göstəricilərin 273 788 nəfər olduğunu, 14 188 nəfərin isə həyatını itirdiyini deyib.

Nazirliyin bəyanatında bildirilib ki, Ruhaninin dediklərini yayan İranın xəbər agentlikləri onun nazir müavinin sözlərinə istinadən bu məlumatı yayıb. Ruhani isə məlumatın nəyə əslandığı bardə heç nə deməyib.

"Seroloji testlər xəstəliyin hazırkı durumunu müəyyən edə bilməz" - deyə, bəyanatda bildirilib.

Testlər xəstəliyə yoluxanarın anti-cisimlərini müəyyən edir. Bu testlər infeksiya göstəricilərinin ümümu sayını aşkar edir.

“Seroloji testlər insanların keçmişdə virusa yoluxub-yoluxmadığını müəyyən edir” - deyə, Dövlət Elm Komitəsinin rəhbəri Mustafa Qaneyi bildirib.

İran Yaxın Şərqdə COVİD-19-un ən ağır təsirinə məruz qalan ölkədir.

Yoluxma və ölüm halları məhdudiyyətlərin yumşaldılmasından sonra kəskin şəkildə artıb.

Türkiyə İrana bütün uçuşları dayandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG