Accessibility links

İran rəsmiləri və nüvə razılığını imzalayan ölkələrin təmsilçiləri bir araya gəlib


İran rəsmiləri və 2015-ci il nüvə razılığını imzalayan ölkələrin təmsilçiləri bu gün razılığın gələcəyinin müzakirəsi məqsədi ilə bir araya gəlib.

Görüşdə İran rəsmiləri Avropanın Tehranı ABŞ sanksiyalarından azad etməsi istəyini dilə gətirib.

Razılığı xilas etməyə çalışan İran Avropa ölkələrini İrandan neft idxalını davam etdirməsini istəyib.

İran, Fransa, Almaniya, Britaniya, Rusiya, Çin və Avropa İttifaqı nümayəndələrinin Vyana görüşü barədə şərh almaq mümkün olmayıb. Görüş təxminən 3 saat sürüb.

Birləşmiş Ştatlarla münasibətlərdə gərginlik yaşandığı bir dönəmdə Tehran nüvə sazişi öhdəliklərinin icrasını məhdudlaşdırır.

ABŞ prezidenti Donlad Tramp Yaponiyada keçirilən Böyük İyirmiliyin sammiti çərçivəsində bildirib ki, İranla gərginliklərin azaldılmasına tələsmək lazım deyil.

İran “geri çəkilməyəcəyini” deyərək, iyunun 27-dən uran zənginləşdirməni 4 qat artırdığını bəyan edib.

Bundan öncə İranın Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kamalvəndi rəsmi IRIB televiziyasına deyib ki, sürətləndirmə ölkənin 300 kiloqramdan artıq uran zənginləşdirməsi limitinin müddəti bitdikdən sonda başlanıb.

Avropalılar həm də iyulun 7-də Tehranın ABŞ sanksiyalarından xilas olmaq üçün qoyduğu möhlət qarşısındadır. Əks təqdirdə İran silah səviyyəsində uran zənginləşdirilməsi proqramına başlaya bilər.

XS
SM
MD
LG