Accessibility links

Tramp: İran nüvə silahı istehsalına başlasa “olduqca ağır nəticələr”lə üzləşəcək!


ABŞ prezidenti xəbərdarlıqla çıxış edərək bildirib ki, İran nüvə silahı istehsalına başlasa “olduqca ağır nəticələr”lə üzləşəcək.

Ağ Evdə danışan Donald Tramp ABŞ-ın tez bir zamanda İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcəyini deyib. O, sanksiyalara Tehranı yeni saziş əldə edilməsinə razı salmaq üçün əl atılacağını əlavə edib.

Prezident İrana Suriya, Yəmən və Yaxın Şərqin digər bölgələrindəki hərbi mövcudluğuna da son qoyması üçün təzyiq göstəriləcəyini deyib.

ABŞ dövlət başçısı Tehranı regionda qarışıqlıq və ölümə səbəb olmaqda günahlandırıb.

"Biz ya olduqca yaxşı razılıq əldə edəcək, ya da heç bir razılıq əldə etməyəcəyik”- deyə Tramp bildirib.

Prezident Barak Obama administrasiyası dövründə əldə edilən sazişin tənqidlərini davam etdirərək, sənədi ən pis razılıq kimi qiymətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG