Accessibility links

Xristianlığı qəbul edən üç təbrizli həbs edilib


Xristian haquqlarının müdafiəçiləri ötən bir neçə həftə ərzində İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınan xristianlığı qəbul edən üç təbrizli haqqında məlumat yayıb.

Amerikada fəaliyyət göstərən Beynəlxalq Xristian Qayğısı (ICC) adlı qurum avqustun 11-də Yaşar Fərzin Nov, Məhəmməd Rza Piri və Fərşid Mudərris Əvvəl haqqında yaydığı bəyanatda məhbusların Ettelaatda saxlandığını və ailələrinin onların vəziyyətindən xəbərsiz olduqlarını qeyd edib.

“İranın təhlükəsizlik məmurları iyulun 20-də üç azərbaycanlı xristianın evinə hücum edərək, onları nəzarət altına alıb və xüsusi əşyalarını müsadirə edib”- deyə ICC bölgənin xristian qruplarına istinadən bildirib.

Məlumata əsasən, məhkəmə və təhlükəsizlik qurumları ailələrə xəbəri yaymadıqları təqdirdə məhbusları erkən buraxacaqlarına dair söz vermişdilər, ancaq məsullar verdiyi vədlərə əməl etməyincə ailələr xəbəri mediaya ötürüb.
XS
SM
MD
LG