Accessibility links

İranda daşqınlar nəticəsində azı 8 nəfər həyatını itirib


Dövlət mediasının bildirdiyinə görə, İranın cənubunda bu həftənin sonuna qədər davam edəcəyi gözlənilən leysan yağışlar səbəbindən baş verən daşqınlar nəticəsində azı 8 nəfər ölüb.

"Ölkənin cənub bölgələrində son bir neçə gündə baş verən daşqınlar və yağışlar nəticəsində tələfat və ölüm hallarının artdığını müşahidə etdik", dövlət İRNA xəbər agentliyi Milli Xilasetmə Xidmətinin sözçüsü Moktaba Xalediyə istinadən məlumat verib.

"İndiyədək 8 nəfər ölüb, iki nəfər hələ də itkin düşüb" deyən Xaledi, 14 nəfərin yaralandığını bildirib.

Yerli böhran idarəsinin rəsmisi Rəhim Azadi dövlət xəbər agentliyinə ölənlərdən 5-nin Fars vilayətində olduğunu deyib.

"Güclü yağışlar kənd təsərrüfatına, infrastruktura, şəhər və kəndlərdəki yaşayış məntəqələrinə ziyan vurub" - deyə, Azadi bildirib.

İranın Qızıl Aypara Cəmiyyətinin Xilasetmə və Fövqəladə Əməliyyatlar üzrə rəhbəri Mehdi Vəlipur dövlət televiziyasına "3000-dən çox insanın təcili yaşayış yeri ilə təmin edildiyini və 20 mindən çox insanın yardım aldığını" bildirib.

"Evləri su basıb, yollar və kommunikasiya sistemləri kimi infrastruktura zərər dəyib" deyən Vəlipur ölkənin cənub və şərq bölgələrində 500-dən çox komandanın yardım etdiyini bildirib.

Məlumatda İranın 31 vilayətinin yarısından çoxunun 87 şəhərində yardım əməliyyatlarının davam etdiyi bildirilib.

İran meteorologiya agentliyinin rəsmisi dövlət televiziyasına deyib ki, yağışlı hava şəraitinin cümə gününə qədər davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG