Accessibility links

Dünyada zəfəran istehsalının 96 faizi İranın payına düşür


Dünyada zəfəran istehsalının 96 faizi İranın payına düşür
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Dünyada ən çox zəfəran istehsal edən İran ölkənin iqtisadiyyatı üçün olduqca mühüm bu məhsulu daha çox ixrac etməyə çalışır. Lakin iranlı fermerlər bunu ABŞ-ın yenilənmiş sanksiyalarını aradan qaldırdıqdan sonra edə bilər.

Fermerlər İranın şimal-şərq bölgəsində zəfəranın yığımına başlayanda, bu “qırmızı qızıl” adlanan məhsulu daha çox satacaqlarına ümid edir. İşçilər məhsulu tez bir zamanda yığmağa çalışır, çünki bu bənövşəyi bitkinin çiçəkləri çox qısa müddət açır.

Bu, dünyanın ən bahalı ədvasıdır, çünki az miqdarda zəfəran istehsalı üçün çox sayda əl əməyi tələb olunur. "Zəfəran Çiçəyi Bazarı"ndan Məhəmməd Əzmar: “Zəfəran işçilərin, fermerlərin, satıcıların və biznesmenlərin , yəni çoxlarının həyatını təmin edir.”

Tarladan toplanaraq ədvaya çevrilən, həm ləzzətli, həm də müalicəvi xüsusiyyəti olan bu kiçik bitkilər çox ehtiyatla təmizlənir. Təbabətdə "Crocus Sativus" adlanan, bu bənövşəyi çiçəklərdən alınan zəfəran telləri fars mətbəxində və ənənəvi təbabətdə uzun zamandır əsas yeri tutur. Başqa mədəniyyətlər də zəfərana üstünlük verir.

İxracatçılar Birləşmiş Ştatların təkrar tətbiq etdiyi sanksiyalara görə beynəlxalq bankların İranın ixracat şirkətləri ilə işləmək istəmədiyi üçün İran zəfəranının dünya bazarına çıxmasına təsir etdiyini deyirlər.

İran ildə 400 tona qədər qurudulmuş zəfəran istehsal edir ki, bu da dünya boyu zəfəran istehsalının 96 faizi deməkdir. Bu isə alıcıları ehtiyac duyduqlarını əldə etmək üçün gizli yollar tapmalarına vadar edir. Rəsmilər İran zəfəranının əksər hallarda digər ölkələrə fərqli etiketlərlə satıldığını deyirlər.

İranın Kənd Təsərrüfatı Nazirliyindən Əli Məhəmməd Şəriəti Müqəddam: “Xaricdəki müştərilərin az da olsa seçimi var. Bundan əvvəl də ABŞ İranla ticari əlaqələrini kəsəndə İran öz zəfəranını İspaniya vasitəsilə satırdı. Hazırda isə İran zəfəranı Dubay, Birləşmiş Ərəb Əmirlikləri və ya Əfqanıstan keçərək, satılır.”

İranın zəfəran üzərindəki monopolyası Əfqanıstan, İspaniya, Çin və ya Mərakeşdəki fermerlərin rəqabəti nəticəsində zəifləyə bilər. Digər istehsalçılar qazanc əldə edə bilsələr də, İranın iş adamları və fermerlər hələ də keyfiyyəti və miqdarına görə yaxın gələcək üçün İran zəfəranının bazarda üstünlük təşkil edəcəyinə inandıqlarını deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG