Accessibility links

İranda 5.1 bal gücündə zəlzələ olub


Cümə günü İranın cənubunda, İslam Respublikasının yeganə atom elektrik stansiyası yaxınlığında 5.1 bal gücündə zəlzələ baş verib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

"Qırmızı Aypara Cəmiyyəti, kənd məclisi üzvləri və bölgədəki rəsmilər tərəfindən aparılan yoxlamalardan sonra bizə hansısa zərərin dəydiyi barədə məlumat verilməyib" - deyə, vilayətin fövqəladə hallar idarəsinin müdiri Cahangir Dehqan yarı-rəsmi ISNA xəbər agentliyinə bildirib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla səhər saat 5:23-də İranın Buşehr vilayətində baş verib. 5.1 bal gücündəki zəlzələnin dərinliyini 38 kilometr təşkil edib.

İranın dövlət mediası zəlzələ barədə dərhal məlumat verməyib. Ancaq Buşehrdəki Atom Elektrik Stansiyası elə inşa edilib ki, daha güclü zəlzələlərə tab gətirə bilsin.

İran böyük tektonik çatlar üstündə yerləşdiyi üçün orada demək olar hər gün zəlzələlər baş verir. 2003-cü ildə 6.6 bal gücündə zəlzələ tarixi Bam şəhərini yerlə yeksan etmiş, 26 min insanın həyatına son qoymuşdu.

XS
SM
MD
LG