Accessibility links

Zərif: Səudiyyə Ərəbistanı və BƏƏ İranla "son amerikalıyadək" vuruşmaq əzmindədir


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü deyib ki, belə görünür Birləşmiş Ştatların müttəfiqləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri `ABŞ-ın İranla son amerikalıya qədər döyüşməsini istəyir`.

Biz koalisiyanı sülhə nail olmaq üçün qururuq.
Mayk Pompeo, ABŞ Dövlət Katibi


Zərif bunu bir gün əvvəl Əbu Dabidə səfərdə olan Birləşmiş Ştatların Dövlət Katibi Mayk Pompeonun bəyanatına cavab olaraq deyib.

"İranın xarici işlər naziri son amerikalıya qədər döyüşəcəyi ilə hədələsə də, biz koalisiyanı sülhə nail olmaq üçün qururuq," deyə Pompeo səfərinin məqsədini jurnalistlərə açıqlamışdı.

Məhəmməd Cavad Zərif cümə günü Twitter səhifəsində Dövlət Katibi Pompeonun tərəfləri səhv saldığını yazıb.

"Katib Pompeonun dediklərinin əksidir. Son amerikalıyadək vuruşmaq istəyn İran deyil, onun "B" komadnasıdır."

Zərif Səudiyyə vəliəhdi, şahzadə Məhəmməd bin Salmanla Əbu-Dabin şahzadəsinin də daxil olduğu "B qrupu"nun nifaq yaratdığını və Birləşmiş Ştatlar prezidentinın Tehranla qarşıdurmasına bais olduğunu deyib.

ABŞ Dövlət Katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə görüşlərin ardınca ötən həftəsonu Səudiyyə neft emalı obyektlərinə edilən hücuma cavabla bağlı Prezident Donald Tramp üçün “mühüm məlumat”a malik olduğunu deyir.

Amerikanın baş diplomatı deyir ki, İranın gecəyarısı törədilən raket hücumlarına görə cavabdeh olması barədə “böyük konsensus” mövcuddur.

Həmin hücumlar Səudiyyə neft hasilatının yarısını, qlobal neft təchizatının isə 6 faizini sıradan çıxarmışdı.

Pompeo ABŞ-ın necə cavab verəcəyini detallamayıb.

XS
SM
MD
LG