Accessibility links

İran Azərbaycanının zəlzələ bölgələrinə yardımlar dayandırılıb


Noyabrın 8-də İran Azərbaycanında baş verən zəlzələ bölgələrinə yardım göndərmək İranda etirazların genişlənməsi və internetin kəsilməsi ilə çətinləşib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, bəzi azərbaycanlı fəallar İranda yanacaq qiymətinin artırılması ilə ölkədə baş qaldıran etirazlara görə zəlzələ bölgələrinə yardımların kəsildiyini bildirir.

Adının açıqlanmasını istəməyən mənbə deyib ki, Miyana və Sarab rayonlarının kənd sakinləri bölgənin -12 dərəcəyə qədər düşən soyuq havada plastik çadırlarda yaşamağa məcbur olur. Son etirazlar zamanı ölkədə internetin kəsilməsi və ağır təhlükəsizlik şəraiti bu kəndlərə dövlət tərəfindən yardımların kəsilməsinə səbəb olub, xalq və mədəni fəallar tərəfindən toplanan yardımların göndərilməsi çətinləşib.

Həmin mənbənin dediyinə görə, zəlzələdə xəsarət alan kəndlər Bozquş dağının ətəyində yerləşən kəndlərdir və bu bölgənin havasının soyuqluğu, qar və güclü külək səbəbi ilə xalq tərəfindən toplanan yardımları daşıyan maşınlar bəzi kəndlərə gedib çata bilməyib.

Sarab rayonunun millət vəkili təcili şəkildə 500 sığınacaq vaqonunun bölgəyə göndərilməsini tələb edib.

"Artıq bir neçə gündür ki, müxtəlif tribunalardan bunu tələb edirəm, ancaq hələ də yardımdan heç xəbər yoxdur. Sarabın coğrafi və hava şəraiti ilə tanış olan hər kəs bilir ki, zəlzələ baş verən rayonlarda xalq arasında çadırların paylanması mənasızdır. Havanın soyuqluğu zəlzələnin episentrinə yaxın olan Çiçəkli kimi kəndlərdə dözülməzdir" - deyə, o qeyd edib.

Araz News saytı bəzi azərbaycanlı fəallara istinadən yazıb: "İnsanlar çadırlardan sığınacaqlara keçməsələr, ilk qar yağması zəlzələdə xəsarət alan kəndlərdə bir çox insanın həyatını itirməsinə səbəb olacaq."

Cümə günü İran vaxtı ilə saat 2.17-də Şərqi Azərbaycan vilayətinin Tərk şəhərində 5.9 bal gücündə baş verən zəlzələ Sarab və Miyana rayonlarının 2300 kənd evlərinə zərər vurub.

Zəlzələ bölgələrinə yardım toplamağa çalışan türk fəalların dediyinə görə, kəndlərdə sakin olan ailələr yoxsul ailələrdir və ağır şəraitdə kənddə yaşamağa məcburdurlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG