Accessibility links

Ruhani Həcc ziyarətində həlak olan iranlıların dəfn mərasimində iştirak etmək üçün Tehrana dönür


İran prezidenti Həssən Ruhani illik Həcc ziyarətində basırıq nəticəsində həlak olan iranlıların dəfn mərasimində iştirak etmək üçün BMT-nin Baş Asambleyasında görüşünü yarımçıq qoyaraq bazar ertəsi Nyu-Yorkdan Tehrana yola düşür.

Ötən ay Səudiyyə Ərəbistanında, müqəddəs Məkkə şəhərinə ziyarət zamanı həlak olan 769 nəfərin arasında təxminən 169 iranlı olub. 300-dən çox iranlı isə itkin düşüb.

İranın Ali ruhani lideri Ayətullah Əli Xameneyi Səudiyyə Ərəbistanının hadisə ilə əlaqədar üzr isəməsini tələb edib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel bin Əhməd Əl-Cubeyr isə Tehrana faciənin siyasiləşdirilməməsi ilə bağlı xəbərdarlıq edib.

İran Səudiyyə Ərəbistanını "cinayət"də və səriştəsizlikdə ittiham edərək məsələni beynəlxalq məhkəmədə qaldıracağını vəd edib.

İran liderləri Səudiyyə Ərəbistanının hər il 2 milyondan çox insanın iştirak etdiyi mərasimi artıq idarə etməyə qadir olmadığını bildirib.

Zəvvarlar hadisəyə polisin yolları bağlamasının və mərasim təşkilatçıları tərəfindən pis idarəçiliyin səbəb olduğunu bildirir.

XS
SM
MD
LG