Accessibility links

İranda Azərbaycan dilində telekanal fəaliyyətə başlayır


Bu il mayın 24-də İranda Azərbaycan dilində 24 saat ərzində yayımlanması nəzərdə tutulan yeni telekanal fəaliyyətə başlayacaq. Bu kanalda həm mədəni, həm də ictimai-siyasi proqramlar yayımlanacaq.

Bu barədə Azərbaycanda səfərdə olan İranın Radio və Televiziya Təşkilatının (İRTT) xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) görüş zamanı bildirib.

İRTT-nin mətbuat xidmətinin məlumatına görə, görüşdə radio-televiziya yayımı sahəsində mövcud münasibətlər, o cümlədən analoq yayımın tamamilə dayandırılaraq tərəflərin rəqəmli yayıma keçidi və s. məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG