Accessibility links

İran dörd Azərbaycan vətəndaşını narkotik və casusluğa görə saxladığını bildirir


Naxçıvanda siyasi fəal həbs edilib
Naxçıvanda siyasi fəal həbs edilib

Azərbaycan Xarici İşlər Nazirliyi İran tərəfinin saxlananlarla bağlı Azərbaycana rəsmi informasiya vermədiyini deyir

İranda Ərdəbil vilayətinin Ümumi və İnqilab Məhkəməsinin prokuroru Yusif Xudadadi “Səhər” `televiziyasına Ərdəbil həbsxanasında 4 Azərbaycan vətəndaşı olduğunu deyib. “Onlar narkotik qaçaqmalçılığı və casusluq ittihamı ilə saxlanıb. İran bu məhbuslarla islam dini və əxlaqının tapşırıqlarına, ölkənin qanunlarına uyğun rəftar edir. Onlarla son dərəcə ehtiramla davranırıq. Biz onların ailələri ilə görüşməsinə icazə vermişik. Müraciət edən hər bir şəxs barəsində bu hüquqa riayət olunub”.

Azərbaycan Xarici İşlər Nazirliyi isə İranın Ərdəbil şəhərindəki həbsxanada bu ölkə əleyhinə casusluq fəaliyyətində ittiham olunaraq məhkum edilən azərbaycanlıların saxlanması barədə xəbəri araşdırır.
Azərbaycan Xarici İşlər Nazirliyindən APA agentliyinə bildiriblər ki, İran tərəfi indiyədək saxlananlarla bağlı Azərbaycan tərəfinə rəsmi informasiya verməyib.

Xatırladaq ki, son dövrlər İran-Azərbaycan münasibətləri kəskinləşməkdə davam edir.
Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi ərəfəsi İran Azərbaycanda seksual azlıqların paradının keçiriləcəyi ilə bağlı həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etdi. Bundan sonra, Azərbaycan təhlükəsizlik və hüquq-mühafizə orqanları mahnı müsabiqəsi dövründə Azərbaycanda terror aktları planlaşdıran mütəşəkkil dəstəni aşkar edərək zərərsizləşdirdi. Əməliyyat zamanı bəzi qruplar hüquq mühafizə orqanlarına silahlı müqavimət göstərdi və Milli Təhlükəsizlik Nazirliyinin zabiti həlak oldu. Bir neçə nəfər yaralandı. Bu ərəfədə İranda iki Azərbaycan şairi həbs edildi.
İran həmçinin Tehranda atom fizikası alimlərinin qətlə yetirilməsində iştirak edən İsrailin kəşfiyyat xidməti MOSSAD-ın əməkdaşlarının Azərbaycan ərazisindən istifadə etdiyini bildirib.

Ekspertlər İran-Azərbaycan münasibətlərində gərginliyin həm də Azərbaycanın BMT-də Suriya ilə bağlı sanksiyaları dəstəkləməsindən sonra artığını bildirir.

Öz növbəsində, Azərbaycan rəsmiləri ölkənin ərazisindən İrana qarşı istifadə edilməsinə yol verilməyəcəyi barədə dəfələrlə bəyanatlar səsləndirib.
XS
SM
MD
LG