Accessibility links

İranda 16 nəfər dar ağacından asılıb


İranda daha 10 nəfər edam edilib
İranda daha 10 nəfər edam edilib

Fars vilayətində isə yaxın günlərdə 24 nəfər edam ediləcək

İranda narkotik satışı və qaçaqmalçılığında, cinsi təcavüzdə günahlandırılan 16 nəfər dar ağacından asılıb. Bütün edamlar son bir həftədə həyata keçirilib. Edam edilənlərdən biri qadındır.

“Media forum” saytının məlumatına görə, Şiraz inqilab prokurorunun müavini Rza Musəvitəbar jurnalistlərə deyib ki, narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilənlərdən 12-si Şirazın Adilabad zindanında, 3-ü isə Ərak şəhərində dar ağacından asılıb.

Cinsi təcavüzdə və qətldə günahlandırılan 1 nəfər isə Tehranda edam edilib. Edam edilənlərin kimliyi haqda hər hansı açıqlama verilməyib.

APA agentliyi isə xəbər verir ki, Fars vilayətinin prokurorunun müavini Əli Əlqasi deyib ki, Fars vilayətində yaxın günlərdə narkotik maddələrin qaçaqmalçılığında və təcavüzdə təqsirləndirilən 24 nəfər edam ediləcək.
XS
SM
MD
LG