Accessibility links

İran Azərbaycanla elektrik enerjisi mübadiləsini müsbət qarşılayır


Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İranın enerji naziri Bijən Namdar Çitçiyanla görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İranın enerji naziri Bijən Namdar Çitçiyanla görüşüb

Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev sentyabrın 16-da Tehranda İranın enerji naziri Bijən Namdar Çitçiyan ilə görüşüb.

AzərTAc agentliyinin məlumatına görə görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Qeyd edilib ki, İran Azərbaycanla elektrik enerjisi mübadiləsini müsbət qarşılayır. Qarşıdakı 6 ay ərzində Parsabad-İmişli elektrik ötürücüsü xəttinin inşası başa çatacaq və bu xəttin istifadəyə verilməsi iki ölkə arasında elektrik enerjisi mübadiləsini 600 meqavatadək yüksəldəcək. Hər iki tərəf bu xəttin inşasına böyük həcmdə sərmayə qoyub. Dövlətlərin elektrik enerjisi sistemlərinin birləşməsi şəbəkələrin davamlılığını artıracaq.

Tərəflər birgə istifadə üçün sərhəd zonasında 1000 meqavat gücündə elektrik stansiyasının tikilməsi məsələsini də nəzərdən keçiriblər. Qərara alınıb ki, məsələ ekspertlər səviyyəsində öyrənilsin və konkret təkliflər hazırlansın.

Görüşdə alternativ enerji mənbələrindən istifadə və bu sahədə əməkdaşlıq məsələsinə də toxunulub. Azərbaycan İranın alternativ enerji sahəsinə sərmayə qoymağa hazırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG