Accessibility links

İrandan gətirilən narkotik vasitə götürülüb


Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib
Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib

İki Azərbaycan vətəndaşı bir İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycana 24 kiloqram 402,8 qram həşiş qətranı gətirib

MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, iki Azərbaycan vətəndaşı bir İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycana 24 kiloqram 402,8 qram həşiş qətranı gətirib. MTN əməkdaşları narkotik vasitəni aşkar edərək götürüb.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Hər üç şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG