Accessibility links

"Şahdəniz"də iştirak edən İran şirkətləri sanksiyalardan azad edilib


Neft-qaz boru kəmərləri
Neft-qaz boru kəmərləri

Amerika prezidenti Avropa və Türkiyəyə təbii qaz nəql edən boru layihəsində iştirak edən İran şirkətlərinə istisnalar tətbiq edib

Prezident Barak Obama İrana qarşı sanksiyaların sərtləşdirilməsi və İran hökumətinin beynəlxalq öhdəlikləri yerinə yetirmədiyinə görə təcrid edilməsi üzrə sərəncamı təsdiq edib. Bu barədə Trend agentliyi Ağ Evin Mətbuat xidmətinə istinadən xəbər verib.

Sözü gedən sanksiyaların hədəfində İran valyutasının alqı-satqısı üzrə əməliyyatlar aparan xarici maliyyə təşkilatları var.

Eyni zamanda, İran hökumətinə maddi dəstək göstərən şəxslərə qarşı da sanksiyalar nəzərdə tutulub.

Məlumatda bildirilir ki, Azərbaycanın "Şahdəniz" qaz yatağından Avropa və Türkiyəyə təbii qaz nəql edən boru layihəsində iştirak edən İran şirkətlərinə istisnalar tətbiq olunur.
XS
SM
MD
LG