Accessibility links

İran həbsdə olan Azərbaycan şairlərini azad etdi


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə

Fərid Hüseyn və Şəhriyar Hacızadə sentyabrın 4-də Azərbaycanın Təbriz şəhərindəki konsulluğuna verilib

Azərbaycan vətəndaşı olan şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə sentyabrın 4-də Azərbaycanın Təbriz şəhərindəki konsulluğuna verilib. Bu barədə Amerikanın Səsi radiosuna Şəhriyar Hacızadənin atası Mail Hacızadə bildirib.

“Mən oğlumla telefonla danışdım. Şəhriyar dedi ki, həbsdən buraxılıb, hazırda Azərbaycanın Təbrizdəki baş konsulluğundadır və yaxın iki gündə Bakıya qayıdacaq”.

Azərbaycanlı şairlər bu il aprelin 29-da İrana şer festivalına dəvət edilib. Şairlər festivaldan dönərkən mayın 2-də Təbriz şəhərində mülki geyimli şəxslər tərəfindən həbs edilib.

Azərbaycan şairlərə qarşı irəli sürülmüş ittiham və Azərbaycan konsulluğunun əməkdaşlarına onlarla görüş verilməsi ilə bağlı İran tərəfinə dəfələrlə nota verib.

Azərbaycan həmçinin şairlərin azad edilməsi ilə bağlı yüksək səviyyədə İran qarşısında məsələ qaldırmışdı.
XS
SM
MD
LG