Accessibility links

İran Azərbaycan məhkəməsinin casusluq ittihamına etiraz edir


A beauty supply store lies in ruin, in the violence following the grand jury decision not to indict police officer Darren Wilson, in Ferguson, Missouri, Nov. 25, 2014. (Kane Farabaugh/VOA)
A beauty supply store lies in ruin, in the violence following the grand jury decision not to indict police officer Darren Wilson, in Ferguson, Missouri, Nov. 25, 2014. (Kane Farabaugh/VOA)

Azərbaycan məhkəməsi İran vətəndaşını casusluqda ittiham edib. İran vətəndaşı Bakıda İsrail səfirliyini partlatmaq istəyib

İranın Azərbaycandakı səfirliyi Bakı Ağır Cinayətlər Məhkəməsinin İran vətəndaşını casusluqda ittiham etməsini əsassız sayır. Bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi internet saytı məlumat yayıb.

Oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycanda terror hadisələri həyata keçirmək istəməkdə və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlu 15 il müddətinə azadlıqdan məhrum edilib.

APA agentliyi ittiham aktına əsaslanaraq bildirir ki, İranın Xüsusi Xidmət Orqanının (ETTELAAT) əməkdaşı olan F. B. Həsənoğlu İsrailin Azərbaycandakı səfirliyini partlatmağa hazırlaşıb. Belə ki, F. B. Həsənoğlu ibtidai istintaq zamanı ifadəsində bildirib ki, 2006-cı ildə Bakıya köçüb. O, ifadəsində deyib ki, ETTELAAT-la qorxduğu üçün əməkdaşlıq edib.

İran səfirliyin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi xüsusi məqsədlərlə və iranafobiya siyasəti istiqamətində bəzi ölkələrdə bəzən İran əleyhinə ortaya atılan bu kimi ittihamlara işarə edərək bildirib ki, “İranın prinsipial siyasəti Azərbaycanın daxili işlərinə müdaxilə etməməkdir”.

O, bu kimi ittihamların mediaya çıxarılmasını tənqid edərək Bakı Apelyasiya Məhkəməsinin həmin iranlı haqqında çıxarılan hökmün ləğv edəcəyinə ümidvar olduğunu bildirib:

“Azərbaycan Ağır cinayətlər məhkəməsi bu növdən olan məhkəmə işlərinə etibarlı vəkil və İran səfirliyinin nümayəndəsinin iştirakı ilə baxmalıdır və təbii olaraq İranı öz vətəndaşını müdafiə etməyi öz vəzifələri bilir və bu mövzunu ciddiliklə izləyəcəkdir”, səfirliyin mətbuat xidmətinin rəhbəri qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG