Accessibility links

Bakıda İranın sərgisi açılacaq


Azərbaycan və İran bayraqları
Azərbaycan və İran bayraqları

Noyabrın 17-dən 19-dək Bakıda İranın ixtisaslaşmış sərgisi keçiriləcək.

İranın Azərbaycandakı səfirliyinin rəmi saytının məlumatına görə, “Baku Ekspo” beynəlxalq sərgi mərkəzində təşkil olunacaq sərgiyə neft, qaz, neft-kimya, tikinti sənayesi, su, elektrik və maşınqayırma sahələrində çalışan Gilan əyalətinin 13 şirkəti və İranın digər əyalətlərinin 20 şirkəti qatılacaq.

Sərginin açılış mərasimində Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi iştirak edəcək.

Sərginin aşılışından bir gün öncə noyabrın 16-da Bakıda İran - Azərbaycan biznes forumu keçirləcək. Forumda İran və Azərbaycan şirkətlərinin 150-ə yaxın məsul şəxsləri iştirak edəcək.

XS
SM
MD
LG