Accessibility links

Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin bərpası danışıqları aparılmır


Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasına dair müzakirələrin aparılması barədə məlumat rəsmən təkzib edilib.

Müzakirələrdə iştirak edəcəyi iddia edilən Tehranın Beynəlxalq Ticarət Palatasının rəhbəri Məhəmmədrza Səbzəlipur Trend agentliyinə “The Times” qəzetində Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasına dair müzakirələrin aparılması ilə bağlı yayılan məlumatı şərh edərkən bildirib ki, o, İranda heç bir ABŞ ticarət ofisinin açılmasında vasitəçilik etmir və ümumiyyətlə, Azərbaycanda müzakirələr üçün nümayəndə heyətinə başçılıq etmir.

M.Səbzəlipur deyib ki, o, Bakıda yaxın vaxtlarda səfərdə olmayıb və İran nümayəndə heyətinin tərkibində də deyil.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə yayılan məlumatı təkzib ediblər və bildiriblər ki, nəşrin yaydığı məlumatda da ABŞ tərəfinin təkzibi qeyd olunub.

Qeyd edək ki, “The Times” xəbər verir ki, tərəflər nüvə anlaşmasına yaxındır və bu səbəbdən ABŞ və İran rəsmiləri nüvə anlaşmasının əldə olunmasının ardınca ikitərəfli diplomatik münasibətlərin bərpası məsələsini müzakirə edilir.

Mənbə bildirib ki, Bakı danışıqlarında mövzu ABŞ-ın Tehranda ticarət nümayəndəliyinin açılması barədədir. Adının açıqlanmasını istəməyən İran rəsmiləri qəzetə bildiriblər ki, danışıqların növbəti raundu bu həftə yenidən Bakıda keçiriləcək. Tehranı həmin danışıqlarda M.Səbzəlipur təmsil edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG