Accessibility links

İrana qarşı yeni sanksiya paketinin qəbul edilməsi planlaşdırılır


The UN Security Council
The UN Security Council

Dünyanın altı qüdrətli dövlətinin diplomatları ABŞ-ın İrana qarşı yeni sanksiyalar paketinin qəbul edilməsinə çalışdığı vaxt BMT-də görüşməyi planlaşdırır

Dünyanın altı qüdrətli dövlətinin diplomatları ABŞ-ın İrana qarşı yeni sanksiyalar paketinin qəbul edilməsinə çalışdığı vaxt BMT-də görüşməyi planlaşdırır.

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan Britaniya, Çin, Fransa, Rusiya və Birləşmiş Ştatlar, üstəgəl Almaniyanın diplomatları bu gün mümkün sanksiyaları müzakirə etmək üçün Nyu Yorkda görüşməlidir.

Bu arada, İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezident Barak Obamanı İrana hədə gəlməməyə çağırıb. İranın dövlət televiziyasına verdiyi müsahibə zamanı cənab Əhmədinejad deyib ki, o, prezident Obamaya məktub göndərib və onun mətni yaxın zamanda ictimiayyətə açıqlanacaq.

Prezident Əhmədinejad həmçinin deyib ki, İran cənab Obamanın xarici siyasət sahəsində müvəffəqiyyət qazana biləcəyi yeganə imkandır.

Prezident Obama Tehrana qarşı sanksiyaların dördüncü paketinin tətbiq edilməsi üçün beynəlxalq dəstək qazanmağa çalışır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG