İranda iki həftə ərzində üçüncü daşqın qeydə alınıb. Luristan vilayətinin bir çox bölgəsində yağışlar səbəbi ilə çaylar məcrasından çıxıb və su bəndləri dağılıb.
Daşqınların ilk dalğası martın 19-da, ikincisi isə martın 25-də baş verib. Dövlət medasının bildirdiyinə görə, 44 nəfər həyatını itirib.
İRNA agentliyi daxili işlər nazirinə istinadən bildirib ki, son daşqınlar 400 şəhər və 15 vilayəti təsirinə məruz qoyub. 60 min ailə evakuasiya edilib.
İran prezidenti Həsən Ruhani və digər rəsmilər təbii fəlakətə cavab tədbirlərinə görə sosial mediada kəskin tənqid edilir.