Accessibility links

İranda iki qatar toqquşub - 31 ölü


Cümə günü İranda qatarların toqquşması nəticəsində azı 31 nəfər ölüb. Ölkənin Semnan vilayətində baş verən qəza səbəbilə 70-dən çox insan isə xətəxanaya aparılıb.

İranın dövlət televiziyasında dörd vaqonun relsdən çıxdığı və onların ikisinin alovlandığı göstərilib. Görüntülərdə xilasetmə işçilərinin alovlanan vaqonların yanında işlədiyi görünür.

Qəza paytaxt Tehran və Məşəd şəhəri arasındakı əsas qatar yolunda hərəkət edən sərnişin qatarının mexaniki problemlər səbəbilə stansiyada dayanan ekspress qatarla toqquşması nəticəsində baş verib.

Vilayət qubernatoru Məhəmməd Rza Xabbaz dövlət televiziyasına ölənlərin sayının artacağının gözlənildiyini və qəzanın səbəbinin araşdırıldığını deyib.

Associated Press-ə istinadən, İranda hər il nəqliyyat qəzaları nəticəsində 17 min insan dünyasını dəyişir. Yüksək qəza nisbəti əsasən sürücülərin yol qaydalarına riayət etməməsi, köhnə avtomobillər və qeyri-adekvat təcili yardım xidmətləri ilə əlaqələndirilir.

Mübahisəli nüvə proqramı səbəbilə illərdir İrana qarşı tətbiq edilən sanksiyalar yollar və dəmir yolu şəbəkəsi də daxil olmaqla, ölkənin infrastruktuna ciddi şəkildə təsir göstərib.

XS
SM
MD
LG