Accessibility links

İranda zəhərin virusu öldürdüyünə dair yanlış inanc nəticəsində yüzlərlə insan ölüb


İran

İntubasiya olunmuş 5 yaşlı oğlanın yanında qoruyucu geyimdə və üzündə maskada dayanan iranlı səhiyyə işçisi yeni koronavirusa yoluxmamaq məqsədilə sənaye alkoholu içməmələri üçün insanlara yalvarır.

Valideynləri bu oğlana onu virusa qarşı qoruduğuna dair yanlış inanclarına görə metanolun içirdiklər üçün o görmə qabiliyyətini itirib. O, İrandakı pandemiyanın içində davam edən bir başqa epidemiyanın yüzlərlə qurbanından biridir.

İran mediası xəbər verir ki, İslam Respublikası boyunca 300-ə yaxın insan metanol qəbul etdiklərinə görə ölüb, 1000-dən çox insan isə xəstələnib. İranda spirtli içkilər qadağandır və buna görə də içmək istəyən insanlar alkoholu qaçaqçılardan alır. Səhiyyə Nazirliyinə yardım edən iranlı həkim cümə günü Assosciated Press-ə bildirib ki, problem deyiləndən daha böyükdür, ölənlərin sayı 480, xəstələlənənlərin sayı isə 2850-dir.

Zəhərlənmə halları İranda sosial mediada saxta müalicə yolları ilə bağlı məlumatların yayılmasının nəticəsidir. Koronavirus İranda geniş yayılmadan öncə hökümət böhranın əhəmiyyətini azaltdığı üçün insanlar hökümətə şübhəli ilə yanaşır.

"Digər ölkələrdə bir problem var, bu da yeni koronavirus pandemiyasıdır. Amma biz iki cəbhədə döyüşürük," Dr. Hüseyn Həsənian bildirir. "Biz həm alkoholdan zəhərlənən insanları müalicə etməli, həm də koronavirusa qarşı mübarizə aparmalıyıq."

Yeni koronavirus bir çox insanda hərarət və öskürək kimi yüngül simptomlarla müşahidə olunur və onlar iki-üç həftəyə yoxa çıxır. Amma bəzilərində, xüsusilə də yaşlılar və səhhətində problem olan insanlarda sətəlcəm kimi daha ağır xəstəliklərə və bəzi hallarda hətta ölümə gətirib çıxara bilər.

Pandemiya bütün dünyaya yayılıb. Nəticədə xəstəxanalar dolub, iqtisadiyyatlar zəifləyib, hökümətlər milyardlarla insanın hərəkətlərinə məhdudiyyətlər qoyub. Koronavirusn ən pis təsirinə məruz qalan ölkələrdən biri də 80 milyon əhalisi olan İrandır.

Hələ ki, virusun səbəb olduğu COVID-19 xəstəliyinin müalicəsi yoxdur. Alimlər və həkimlər virusu tədqiq etməyə və effektiv dərman və vaksini araşdırmağa davam edirlər.

Lakin İranda sosial mediada paylaşılan fars dilindəki mesajlarda britaniyalı bir məktəb müəllimi və başqalarının koronavirusu viski və balla müalicə etdiklərinə dair xəbərlər yer alır. Bununla yanaşı spirtdən hazırlanan əl təmizliyəciləri ilə bağlı məlumatları oxuyan insanlar yüksək spirtli içkilərin bədənlərindəki virusu öldürəcəklərinə inanır.

İslam Respublikasında koronavirusa 29.000 təsdiqlənmiş yoluxma halı və 2200-dən çox ölüm halı qeydə alınıb. Bu isə Yaxın Şərqdə ən yükdək göstəricidir. Beynəxalq eksperlər İranın rəqəmləri azaltmasından narahatdır, çünki rəsmilər parlament seşkilərindən öncə günlər boyunca virusa böyük əhəmiyyət verməmidşdir.

İranda hökümət zəhərli metanol istehsalçılarına məhsullarına süni rəng qatmalarına göstəriş verib ki, insanlar onun yaraların təmizlənməsi üçün istifadə olunan etanoldan ayıra bilsinlər. Etanol da spirtli içkilərdə istifadə olunan alkoholdur, amma onun istehsalı İranda qadağandır.

Orada bəzi qaçaqçılar isə metanoldan istifadə edərək içinə xlor qatıb, içindəki rəngi dəyişirlər və onu spirtli içki kimi satırlar.

İçkilərdə metanolun dadını və ya qoxusunu hiss etmək olmur. O, orqanlar və beyində zədələrə səbəb olur. Bunun simptomları arasına sinədə ağrı, ürəkbulanma, hiperventilasiya, korluq və hətta koma daxildir.

İranda koronavirusdan öncə də metanoldan zəhərlənmə halları çox olurdu. Bir araşdırmanın nəticələrinə əsasən, 2018-ci ilin sentyabr və oktyabr ayları arasında İranda 768 nəfər metanoldan zəhərlənib, 76 nəfər həyatını itirib.

İranda spirtli içki qəbul edən müsəlmalanra pul cəriməsi və 80 şallaq cəzası tətbiq edilir.

Lakin azlıqda olan xristinalar, yəhudilər və zərdüştlər alkohollu içkiləri gizli içə bilərlər.

Polis tez-tez reydlər keçirdiyini elan etsə də, zəhərli alkoholun ticarəti davam edir. İranda fermentasiya olunmuş üzümlərdən hazılanan Araş sagi adlanan yerli arağın qiyməti 1.5 litrlik butulka üçün 10 dollardır. İdxal olunan vodkanın qiyməti isə 40 dollardır.

XS
SM
MD
LG