Accessibility links

İrandan regiondakı ölkərə xəbərdarlıq: iğtişaşı təşviq etdinizsə, bunun nəticələri ilə üzləşəcəksiniz


Eşaq Cahangiri
Eşaq Cahangiri

İranın vitse-prezidenti Eşaq Canagiri şənbə günü regiondakı ölkələrə xəbərdarlıq edib ki, əgər onların İrandakı iğtişaşa müdaxilə etdikləri sübut olunsa, onlar dəhşətli nəticələrlə üzləşəcəklər. Bu barədə yarı-rəsmi Fars xəbər agentliyi məlumat verib.

Regiondakı bəzi ölkələr bilməlidir ki, əgər onların İranda iğtişaş yaratmaq üçün müdaxilə etdikllərinə dair dəlillər ortaya çıxsa, onların regiondakı həyatları asan keçməyəcək”, Fars Cahangiriyə istinadən bildirib.

İran Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəsi olan “quldurları” benzin qiymətlərinin artımından sonra iğtişaş yaratmaqda günahlandırıb. İğtişaşlar nəticəsində 1000-ə yaxın nümayişçi həbs olunub və son onillərin ən pis zorakılıqları baş verib.

İranın regiondakı rəqibi Səudiyyə Ərəbistanı və düşməni İsrail Vaşqinton İranın 2015-ci ildə dünya qüdrətləri ilə imzaladığı razılıqdan çəkiləndən sonra ABŞ-ın Tehranın iqtisadiyyatını çökdürən sanksiyaları bərpa etmək qərarını dəstəkləyib.

İranda iğtişaşlar
İranda iğtişaşlar

İran rəsmiləri şənbə günü bildirib ki, İran qoşunları və elit İnqilab Keşikçilərinin üzvləri polisə bu həftə Kərmanşah vilayətində iğtişaşı yatırmağa yardım edir. Onlar həmçinin silahlı etriazçılar arasında “ABŞ-ın agentlərinin” olduğunu bildirib.

Amnesty International insan haqları qrupunun məlumatına görə, qərbdə yerləşən vilayətdə azı 30 nəfər ölüb. Ölkə boyu isə benzin qiymətlərinin artırılmasına etiraz zamanı 100-dən çox insan həyatını itirib. İran bu rəqəmləri rədd edərək “spekulyativ”adlandırıb.

Bu iğtişaş İran 2009-cu ildə Yaşıl İnqilabı yatırandan bəri baş verən ən pis zorakılıqlara gətirib çıxarıb. Yaşıl İnqilab zamanı bir neçə ay ərazində onlarla etirazçı öldürülmüşdü.

“İnqilab Keşikçiləri, Basic, Kəşfiyyat Nazirliyi, polis və ordunun bütün qüvvələri vəziyyətin nəzarət altına alınmasına iştirak edib” – deyə, Kərmanşahda ədliyyə idarəsinin başçısı Pərvi Tavassolizadə bildirib. O deyib ki, üsyançılar silahlı olub və ictimati əmlakları yandırıb.

Bu arada isə Amenrsty International ölənlərin sayının daha önxə bildirdiyi kimi 106 deyil, 115 olduğunu bildirib.

“Biz real rəqəmin bundan daha yüksək olduğunu düşünürük. Biz təhiqatımız davam etdiririk”, Amnesty-nin xəbər bölümünün başçısının müavini Keyti Pounal Reuters-a bildirib.

XS
SM
MD
LG