Accessibility links

İranın vətəndaş hüquqları müdafiəçisi Sidiqə Vasmaqi xəstəxanaya yerləşdirilib


Həkimlərin məsləhətinə baxmayaraq, rəsmilərin mane olduğu barədə xəbərlər yayıldıqdan sonra həbsdə olan İslam elmləri alimi və vətəndaş hüquqları müdafiəçisi Sidiqə Vasmaqi Tehranın Evin həbsxanasından xəstəxanaya köçürülüb.

Mənbələrin Radio Farda-ya verdiyi məlumata görə, Vasmaqi aprelin 3-də döş qəfəsində ağrı, ürək döyüntüsü və yüksək qan təzyiqi əlamətləri ilə Taleqani xəstəxanasına aparılıb.

Nobel mükafatı laureatı, hazırda İranda həbsdə olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi aprelin 3-də bildirib ki, Vasmaqinin səhhəti keçən ay onun evinə edilən zorakı basqından sonra pisləşib.

Tibb mütəxəssisləri Vasmaqinin görmə qabiliyyətinin zəifləməsi və həbsxanadakı şəraitin pis olması səbəbindən onun təcili olaraq xəstəxanaya yerləşdirilməsini tövsiyə edib.

Mənbələr rəsmilərin nəhayət Vasmaginin köçürülməsinə nəyə görə icazə verdiklərini açıqlamayıb.

Keçən həftə rəsmilər Vasmaqinin İranın məcburi hicab qaydalarına riayət etməməsini əsas gətirərək, ailəsini onu ziyarət etməsinə icazə verməyib.

Martın 16-da evində həbs edillən Vasmaqi "kiber məkanda sistem əleyhinə təbliğat aparmaq" və "ictimaiyyət qarşısına hicabsız çıxmaq" ittihamları ilə üzləşib.

Vasmaqi həmçinin ali dini rəhbər Ayətullah Əli Xameneyini dəfələrlə tənqid edərək, onu diktator adlandırıb və ölkənin "zalım" rəhbərliyini pisləyib.

Forum

XS
SM
MD
LG