İranlı aktyor, qadın hüquqlarının müdafiçisi Məhəmməd Sadeqi fəallığına görə 5 il həbs cəzasına məhkum edildiyini bildirib.
Aktyor dekabrın 10-da İnstaqram hesabında yerləşdirdiyi videoda bildirib ki, o, İslam İnqilab Məhkəməsi tərəfindən "insanları milli təhlükəsizliyə qarşı müharibəyə və qırğına sövq etmək" ittihamı ilə məhkum edilib.
Daha sonra hökm İslam İnqilabı Məhkəməsinin 36-cı şöbəsi tərəfindən təsdiqlənib. Sadeqi iyulun 16-da polisin evində reyd keçirməsindən sonra həbs edilib.
Hadisə Sadeqinin məcburi baş örtüyü qanunlarını və şəhər yerlərində qadınların geyim qaydalarının getdikcə daha sərt şəkildə tənzimlənməsini açıq şəkildə tənqid etdiyi videonu İnstaqram hesabına yerləşdirməsindən bir gün sonra baş verib.
Sadeqinin həbsi ilə bağlı Tehran Polis Komandanlığının İnformasiya Mərkəzi onun "ictimai asayişi pozmaq, təhlükəsizliyin keşikçilərinə qarşı zorakılığı və təhqiri təbliğ etməkdə" ittiham edildiyi bəyanat yayıb.
Bəyanatda Sadeqinin həbsinin "məhkəmə orqanı ilə razılaşdırıldıqdan sonra" həyata keçirildiyi əlavə edilib.
Sadeqi həbs olunduqdan sonra ailəsi avqustun 14-də onun qanuni təmsilçidən məhrum edildiyini bəyan edib. Bundan əlavə, bildirildiyi kimi, hakimiyyət orqanlarının onun pul müqabilində azadlığa buraxılmasını nəzərdən keçirməkdən imtina etməsi İranda bu kimi işlərdə hüquqi prosedur və qanuni hüquqlarla bağlı narahatlıqların artmasına səbəb olub.
İranda qadın hüquqlarının təmin olunmaması 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra diqqət mərkəzindədir.
Bir neçə kino ulduzu və digər tanınmış ictimai xadimlər də etirazçılara dəstək göstərmək üçün məcburi hicab və ya İslami qaydalara uyğun olaraq, ictimaiyyət qarşısına baş örtüyü olmadan çıxdıqdan sonra polis tərəfindən ya dindirilib, ya da həbs edilib.
Buna cavab olaraq hakimiyyət müxaliflərə qarşı amansız repressiyaya başlayaraq, minlərlə insanı həbs edib, ölüm hökmü də daxil olmaqla, etirazçılara qarşı sərt hökmlər çıxarıb.
Etirazların səngisə də, dövlətin qadınlara qarşı repressiyası və cəmiyyətə ölümcül basqının simvolu kimi qiymətləndirilən hicaba qarşı müqavimət yüksək olaraq qalır.
Forum