Accessibility links

İranın Azərbaycandakı səfiri israilli həmkarını təhdid edib


İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi

İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin "tvit"inə cavab verib.

Belə ki, iranlı diplomat Corc Dikin Təbrizin mədəniyyəti haqqında kitab oxuyarkən foto paylaşmasına cavab olaraq, həmkarını ölümlə təhdid edib.

“Bu macəraçı oğlanın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionistini də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”- Abbas Musəvi öz sosial şəbəkə hesabında yazıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün Twitter səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşıb. "Bu yaxınlarda mənə təqdim edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm,”- deyə diplomat qeyd edib.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG