Accessibility links

Hüquq müdafiəçiləri: Bəhayi yeniyetmənin Təbrizdə dəfninə icazə verilmir


Yeniyetmə Mohənna 12 yaşında vəfat edib
Yeniyetmə Mohənna 12 yaşında vəfat edib

Mohənna Səməndəri Təbriz məzarlığında dəfninə icazə verilməyən ilk bəhayi deyil

İnsan haqları qruplarının yaydığı məlumata görə, keçən günlərdə xəstəlikdən vəfat edən Azərbaycanın bəhayi türklərindən olan yeniyetmə qız Mohənna Səməndərinin Təbriz məzarlığında dəfn edilməsinə icazə verilməyib.

Media və hüquq müdafiəçiləri bu xəbəri İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyinə istinadən yayıb. HRA 12 yaşında vəfat etmiş Mohənnanın əlil olduğunu bildirib.

Yayılan məlumata görə, Mohənnanın ailəsi dəfn icazəsi almaq üçün əlaqədar orqanlara, eləcə də Təbriz qubernatorluğu və Şərqi Azərbaycan valiliyinə müraciət edib, ancaq İranın təhlükəsizlik qurumlarının basqısı üzündən nəticə ala bilməyiblər.

Güneyli hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik həm dini ayrı-seçkiliyə məruz qaldığını vurğulayırlar.

HRA-ya istinadən, Mohənna Səməndəri Təbriz məzarlığında dəfn edilməsinə icazə verilməyən bəhayi toplumunun ilk üzvü deyil.

“Ötən üç il ərzində Təbrizdə vəfat etmiş təxminən 20 bəhayinin Təbriz məzarlığında dəfninə icazə verilməyib. Yerli məsullar onların meyitlərini ailələrinin razılığı alınmadan Urmiyə və Qoşaçay (Miyandab) şəhərlərinə göndərib, orada dəfn etdiriblər,” deyə məlumatda bildirilir.

İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiə, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən əhli-haqq/ələvilər, sünnilər, bəhayilər və xristianların da sayı az deyil.

Güneyli hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm dini ayrı-seçkiliyə məruz qaldığını vurğulayırlar.

XS
SM
MD
LG