Accessibility links

İranın dəstəklədiyi qruplaşma rəsmisi ABŞ-ın İraqdakı zərbələrinin təsirinin az olduğuna işarə edir


İraqlı yarı-hərbi dəstənin rəsmisi şənbə günü ABŞ-ın İraq və Suriyada İranın himayə etdiyi yarı-hərbi dəstələr və İran İslam İnqilabı Keşikçiləri Korpusunun istifadə etdiyi onlarla obyektə endirdiyi cavab zərbələrindən sonra Yaxın Şərqdə gərginliyi azaltmaq istəyinə işarə edib.

İraqda İranın dəstəklədiyi əsas qruplaşmalardan biri olan Hərəkat əl-Nucəbənin sözçüsü Hüseyn Əl-Musəvi Bağdadda The Associated Press-ə müsahibəsində ABŞ-ın zərbələrini pisləyərək, deyib ki, Vaşinqton “hər bir hərəkətin reaksiya doğurduğunu başa düşməlidir.”

Ancaq daha sonra o daha barışdırıcı bir tonla çıxış edərək, deyib ki, “biz regiondakı gərginliyi artırmaq və ya genişləndirmək istəmirik.”

Musəvi bildirib ki, İraqda hədəf alınan obyektlərdə “hücum zamanı çox döyüşçülər və hərbçilər olmayıb.” Zərərlərin çox olmadığını söyləmək ona güclü cavabın olmamasını əsaslandırmağa imkan verə bilər.

Suriya dövlət mediası zərbələr nəticəsində tələfatların olduğunu bildirsə də, dəqiq sayı söyləməyib. Britaniyada qərargahlanan Suriya İnsan Hüquqları Müşahidə Qrupunun başçısı Rami Əbdürəhamn deyib ki, Suriyaya zərbələr nəticəsində hamısı sıravi döyüşcü olmaqla 23 nəfər ölüb.

İraq hökumətinin sözçüsü Bassim Əl-Əvadi şənbə günü bəyanatda bildirib ki, İraqda Suriya sərhədi yaxınlığına endirilən zərbələr, mülki vətəndaşlar daxil olmaqla, 16 nəfərin ölümünə səbəb olub və evlər və özəl mülklərə “əhəmiyyətli ziyan” dəyib.

İraqın xarici işlər nazirliyi şənbə günü ABŞ-ın “İraqın hərbi və mülki obyektlərinə” zərbələrinə etirazını rəsmi olaraq çatdırmaq üçün ABŞ səfirliyinin müvəqqəti işlər vəkilini dəvət edəcəyini elan edib. Səfir ölkədən xaricdədir.

Havadan zərbələr ABŞ-ın ötən həftə son İordaniyada ABŞ əsgərlərinin ölümünə səbəb olan dron hücumuna cavab tədbirlərinin başlanğıcıdr. ABŞ dron hücuma görə İranın himayə etdiyi İraqda İslam Müqaviməti qrupunu günahlandırıb.

İran isə bu arada özünü həmin hücumdan uzaqlaşdırmağa çalışaaraq, qruplaşmaların müstəqil şəkildə hərəkət etdiklərini bildirib.

İraqlı sözçü Əl-Əvadi zərbələri tənqid edərək onların İraqın suverenliyini pozduğunu deyib, xüsusilə də ona görə ki, bəziləri Xalq Səfərbərlik Qüvvələrinin obyektlərini hədəf alıb. İranın dəstəklədiyi qruplaşmaların koalisiyası olan Xalq Səfərbərlik Qüvvələri 2014-cü ildə İslam Dövləti qrupuna qarşı mübarizəyə qoşulandan sonra rəsmi olaraq İraqın silahlı qüvvələrinin qanadı altına daxil edilib, ancaq praktikada böyük ölçüdə dövlət nəzarəti olmadan hərəkət edir.

Forum

XS
SM
MD
LG