Accessibility links

İranlı jurnalistlər Əmininin ölümünü işıqlandırdıqlarına görə həbs edilən həmkarlarının azad edilməsini tələb edir


300-dən çox iranlı jurnalist iki həmkarının azadlığa buraxılmasını tələb edib. Onların həbs olunma səbəbi son onilliklərdə hakim din xadimləri üçün ən böyük problemlərdən birini yaradan Məhsa Əmininin həbsdə ölməsi ilə əlaqədar etirazları işıqlandırmasıdır.

Jurnalistlərin çağırışı bazar günü İranın “Etemad” və digər qəzetləri tərəfindən dərc edilmiş bəyanatda səslənib.

Nilufər Hamədi qızlarının komada yatdığı Tehran xəstəxanasında Əmininin valideynlərinin bir-birini qucaqlayaraq fotosunu çəkib.

Hamedinin Twitter-də paylaşdığı görüntü üç gün əvvəl İran əxlaq polisi tərəfindən uyğunsuz geyindiyinə görə saxlanılan Əmini ilə hər şeyin yaxşı olmadığına dair dünyaya ilk siqnal olmuşdu.

İlahə Məhəmmədi etirazların baş qaldırdığı kürdərin Saqezdə bölgəsindəƏmininin dəfn mərasimini işıqlandırıb. İranın Kəşfiyyat Nazirliyi və İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat təşkilatının cümə günü yaydığı birgə bəyanatda Hamədi və Məhəmmədi Mərkəzi Kəşfiyyat İdarəsinin xarici agentləri olmaqda ittiham ediblər.

Həbslər İranın əzəl düşməni ABŞ, İsrail və digər Qərb gücləri və onların yerli agentlərinin iğtişaşların arxasında durması və ölkədə sabitliyi pozmaqda qərarlı olması ilə bağlı rəsmi mövqeyi ilə üst-üstə düşür.

Hüquq qruplarının məlumatına görə, son altı həftə ərzində azı 40 jurnalist saxlanılıb və onların sayı artır.

Sentyabrın 16-da Əmininin ölümü ilə bağlı qəzəblə başlayan hadisə cəmiyyətin bütün təbəqələrindən olan insanların xalq üsyanına çevrilib.

Kütlələr ali ruhani rəhbər Ayətullah Əli Xameneyinin ölümünü və 1979-cu il inqilabından bəri hər cür müxalifəti repressiya etmiş İslam Respublikasının devrilməsini tələb etdiyi vaxt, tələbələr və qadınlar hicablarını yandıraraq bunda mühüm rol oynayıb.

XS
SM
MD
LG