Accessibility links

İranlı repçi Tumac Salehi ölüm hökmü ilə üzləşə bilər


Tomac Salehi
Tomac Salehi

Həbsdə olan iranlı repçi Tumac Salehinin yeni əlavə ittihamlarla üzləşdiyi və ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, onun ölüm hökmü ilə üzləşmək təhlükəsi olduğu bildirilib.

Salehinin qanuni nümayəndəsi Əmir Rəisian yanvarın 21-də X səhifəsində ittihamları açıqlayıb və bildirib ki, müğənni eyni zamanda "rejimə qarşı silahlı və qrup üsyanı" və "təhlükəsizliklə bağlı cinayətlər törətmək üçün sui-qəsd"də ittiham olunur.

Rəisian ittihamları təsdiq edən heç bir sübutun olmadığını deyib və qeyd edib ki, başqa heç bir şəxs bu məsələlərdə ortaq kimi iştirak etmir və Salehinin əlində heç bir silah aşkar edilməyib.

İslam Cinayət Məcəlləsinə əsasən, "rejimə qarşı silahlı üsyan"da təqsirli bilinən şəxslər ölüm cəzası ilə üzləşə bilər.

Rəisian həmçinin Ali Məhkəmənin əvvəllər bir işlə bağlı maksimum üç ittihamın tətbiq oluna biləcəyinə qərar verdiyi halda, İsfahan İnqilab Məhkəməsi Salehiyə qarşı 10 ittiham aktının hazırladığını diqqətə çatdırıb.

Rəisian əlavə edib ki, Salehi hökumətin amnistiyasına uyğun görünür və bu, yenilənmiş ittihamların legitimliyi ilə bağlı suallar yaradır.

Salehi bir müddət gizləndikdən sonra ilk dəfə 2022-ci ilin noyabrında həbs edilib. Onun həbsi dərhal həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə diqqət cəlb edib və onun azad edilməsi tələblərinə səbəb olub.

Daha sonra o, 6 ildən çox müddətə azadlıqdan məhrum edilib, lakin Ali Məhkəmənin apellyasiya şikayətinə cavab olaraq, "əvvəlki hökmdə qüsurlar" olduğu aşkar edildikdən sonra noyabrın 18-də sərbəst buraxılıb. Onun işi yenidən araşdırılması və baxılması üçün aşağı instansiyalı məhkəməyə göndərilib.

Salehi 252 günü təkadamlıq kamerada olmaqla, bir ildən çox həbsxanada qaldıqdan sonra, noyabr ayında girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb. Lakin daha sonra bir videoda ictimaiyyətə həbsxanada işgəncələrə məruz qalması barədə danışdıqdan az müddət sonra yenidən həbs olunub.

Forum

XS
SM
MD
LG