İranın "Tələbə Birliyi Şurası" bildirir ki, bu ayın əvvəlində ölkənin qərbindəki Sənəndəc şəhərində etirazçıların edamına qarşı mitinqdə iştirak edən universitetin 5 qadın tələbənin həbs edildikdən sonra yerləri məlum deyil.
Qadınlar dekabrın 10-dan 14-dək təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Şura onları hansı təhlükəsizlik orqanının həbs etdiyi, harada saxlandıqları və vəziyyətləri barədə heç bir məlumat verilmədiyini bəyan edib.
Şura onların saxlanmasını insan oğurluğu adlandırıb.
Möhsün Şəkarinin edamına etiraz olaraq dekabrın 10-da Sənəndəc Texniki Kollecində keçirilən mitinqdən sonra həbs edilən ilk qız tələbə Bita Veyisi olub. Tələbələr Şəkarinin cəsədinin qaytarılmasını tələb edən və "Diktatora ölüm" şüarları səsləndirib.
Həmin gün yayılan videolarda tələbələrin təhlükəsizlik qüvvələrinin hücumundan sonra kampusu tərk etdiklərini və etirazlarını şəhərin küçələrində davam etdirdiklərini görmək olub.
Təhlükəsizlik əməkdaşına xəsarət yetirmək ittihamı irəli sürülən Şəkari apellyasiya şikayəti Ali Məhkəmə tərəfindən rədd edildikdən sonra edam edilib. İnsan haqları qrupları Şəkarinin cəzasının ədalətsiz prosesdən və saxta məhkəmədən sonra məcburi etirafa əsaslandığını deyir.
Digər dörd qız tələbə - Tina Xedri, Sana Xodamoradi, Rezvan Bazaniqale və Haniyə Çahardoli məhkəmənin qərarı olmadan təhlükəsizlik qüvvələri tərəfindən universitet yataqxanasının qarşısında həbs edilib.