Accessibility links

Mətbuat: İranlı yeniyetmə metroda qarşıdurmadan sonra ölüb


16 yaşlı iranlı Armita Geravand ölkənin hicab qanunu pozması səbəbilə polis zabitləri ilə toqquşma nəticəsində həyatını itirib. Bu barədə rəsmi IRNA xəbər agentliyi şənbə günü məlumat verib.

“Təəssüf ki, o, beyin zədəsindən sonra bir müddət komaya düşdü. O bir neçə dəqiqə pncə həyatını itirdi,” IRNA bildirib.

Geravandın oktyabrın 1-də komaya düşəndən sonra ötən həftə beyin ölümü elan edilib.

22 yaşlı Məhsa Əminin ötən ilik sentyabr ayında əxlaq polisinin nəzarətində ikən ölümü aylarla davam edən hökumət əleyhinə etirazlara səbəb oldu ki, bu da son illərdə İran hakimiyyətinə qarşı ən böyük etiraz nümayişinə çevrildi.

Geravandın xəstəxanaya yerləşdirilməsini ictimaiyyətə ilk insan hüquqları qrupları açıqlayıb və sosial mediada onun şüursuz bir vəziyyətdə həyat dəstəyi aparatına qoşulduğunu göstərən görüntülərini paylaşıblar. Reuters şəkilləri yoxlaya bilməyib.

İran Geravandın oktyabrın 1-də Tehran metrosunda məcburi İslam geyim kodunu tətbiq edən zabitlərlə toqquşmadan sonra xəsarət aldığını inkar etmişdi.

İranda qanuna görə, qadınlar başlarını bağlamalı və uzun bol paltarlar geyinməlidirlər.

Qanunu pozanlar sərt geyim koduna məhəl qoymadıqları üçün ictimai qınağa, cərimələrə və ya həbslərə məruz qalırlar. Əmininin ölümündən sonra isə restoran və mağaza kimi ictimai yerlərdə daha çox başı açıq qadın görmək mümkündür

Forum

XS
SM
MD
LG