Accessibility links

İranda Məhsa Əminin ölümündən sonra baş qaldıran etirazlar artıq altıncı həftədir davam edir


Arxiv - Tehranda insanlar Məhsa Əminin ölümünə etiraz edirlər. 1 oktyabr, 2022.
Arxiv - Tehranda insanlar Məhsa Əminin ölümünə etiraz edirlər. 1 oktyabr, 2022.

Şənbə günü İranda mağaza sahibləri və fabrik işçiləri tətil keçiriblər. ÖLkədə Məhsa Əminin polis nəzarətində ikən ölümündən sonra baş qaldıran etirazlar artıq altı həftədir davam edir.

22 yaşlı Əmininin, iddia olunduğuna görə, İranda qadınlar üçün geyim qaydanı pozduğuna görə həbsindən sonra ölümü İslam respublikasında son illərdə ən böyük etirazlara səbəb olub.

Etirazlar qadınlar başçılıq edir, onlar insan hüquqlarının dediyinə görə, azı 122 nəfərin ölümü ilə nəticələnən təqiblərə rəğmən baş örtüklərini çıxarır, hökumət əleyhinə şüarlar səsləndiri və küçələrdə təhlükəsizlik qüvvələrinə qarşı-qarşıya gəlirlər.

Fəallar yeni nümayişlərə çağırıblar, amma internetə tətbiq olunan məhdudiyyətlər səbəbilə çox sayda insanı cəlb etmək mümkün olmayıb.

“Şənbə günü…Biz azadlıq üçün birlikdə olacağıq,” fəal Atena Daemi Twitter-də yumruğunu havaya qaldıran başı açıq qadının şəkli ilə birlikdə paylaşıb.

1500tasvir sosial media kanalı AFP-yə bildirib ki, “bir neçə şəhərdə, o cümlədən Sənəndəc, Bukan və Saqqızda tətillər baş verib,” ancaq o əlavə edib ki, internetdə buna dair sübut görmək çətindir, çünki “internet çox yavaşdır.”

Kürdüstan vialyətində yerləşən Saqqız şəhəri Əminin məmləkətidir və etirazlar ötən ay orada onun dəfninfən sonra başlayıb.

Norveçdə qərargahlanan Hengav insan hüquqları qrupu həmçinin bildirib ki, Bükan, Sənəndəc, Saqqız, habelə Mərivanda da dükan sahibləri tətil edib.

Sistematik təqiblər’

1500tasvir-in şənbə günü Twitter-də paylaşdığı videoda Tehranın Şahid Bəhəşti Universitetində keçirilən etirazda onlarla təbənin əl çalaraq şüarlar səsləndirdiyi görünür.

Dozens of workers were seen gathering outside the Aidin chocolate factory in Tabriz, capital of East Azerbaijan province, in other footage it shared. AFP was unable to immediately verify the videos.

Bir digər videoda isə Təbrizdə isə onlarla işçinin Aidin şokolad fabrikinin önündə tətil keçirdiyi göstərilib. AFP bu videoalrı müsətqil şəkildə təsdiqləyə bilməyib. Bundan əlavə şənbə günü dünya boyu bitr çox şəhərdə insanlar İrandakı etiraz hərəkatına məhrəylik nümayişi olaraq aksiyalar keçirib.

XS
SM
MD
LG