Accessibility links

Bəzi iranlılar Rəisini kimin əvəz edəcəyindən narahatdır


İranda bəzi insanlar arasında bazar günü helikopter qəzasında ölən İbrahim Rəisini İslam Respublikasının prezidenti postunda kimin əvəzləyəcəyi ilə bağlı narahatlıqlar artır.

"Mən kədərlənməkdən daha çox narahatam" - deyə, çərşənbə günü Tehranda pis hava şəraitində helikopterin İranın şimal-qərbində dağa çırpılması nəticəsində həlak olan Rəisi və onu müşayiət edənlərin dəfn mərasimində iştirak edən Mohadese Cəlali adlı şəxs bildirir.

İyunun 28-də ölkə Rəisinin xələfini seçmək üçün seçki keçirməyə hazırlaşır.

Dövlət mediasının paytaxtdakı "milyonluq" izdihamın olduğunu dediyi yas mərasimində iştirak edən 31 yaşlı din xadimi Mohsen "Onun kimi birini necə tapa bilərəm? Mən bundan çox narahatam" deyib.

İranın ruhani paytaxtı Qum şəhərindən olan Mohsen "Bildiyim qədər, bizdə o səviyyədə heç kim yoxdur" deyə, əlavə edib,

Bazar ertəsi elan edilən beş günlük milli matəmdən sonra gələn ay keçiriləcək seçkilər öncəsi təşviqat kampaniyasına başlanacağı gözlənilir.

İranda prezident seçkiləri gələn ilə qədər gözlənilmirdi və bazar günü baş verən qəza Rəisinin yerinə kimin keçəcəyi ilə bağlı qeyri-müəyyənliyə səbəb olub.

Ultra-mühafizəkar Raisi islahatçı və mötədil namizədlərin diskvalifikasiya edildiyi 2021-ci il seçkilərindən bəri vəzifədə idi.

Mohsen France Press agentliyinə bu seçkilərdə "nə olacağını bilmirəm" deyib və əlavə edib ki, "potensial namizədlərlə bağlı mühafizəkarlar arasında konsensus yoxdur".

Mühafizəkarlar və ultra-mühafizəkarlar mart ayında parlament seçkilərində böyük qələbə qazandıqdan sonra hakimiyyətə nəzarəti daha da gücləndirib.

Bu səsvermə 1979-cu ildəki İslam İnqilabından bəri ən aşağı göstərici - 41% seçici fəallığı ilə yadda qalıb.

Yenə də islahatçılar və mötədillər əsasən kənarlaşdırılıb və namizədlik hüququndan məhrum edilib.

2022-ci ilin sentyabrında başlayan qadınların geniş yayılmış etiraz hərəkatına verdiyi sərt reaksiya da daxil olmaqla, Rəisi üç il vəzifədə olduğu müddətdə tənqidlərlə üzləşib.

Amerikanın sanksiyaları səbəbindən İranın iqtisadi böhranının artması və onun rəhbərliyi zamanı düşmən hesab etdiyi İsraillə gərginliyin artması da Rəisinin vəzifədə olduğu müddətdə ona qarşı olan tənqidlərə əlavə olunub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG