Accessibility links

ABŞ hökuməti ilə İran arasında gərginlik iranlı amerikalıların narahatlığına səbəb olub


ABŞ hökuməti ilə İran arasında gərginlik iranlı amerikalıların narahatlığına səbəb olub
please wait

No media source currently available

0:00 0:04:52 0:00

ABŞ hökuməti ilə İran arasında gərginlik iranlı amerikalıların narahatlığına səbəb olub

1979-cü ildə İran tələbələri Birləşmiş Ştatların Tehrandakı səfirliyinə hücum edərək, 52 amerikalı dilomatı və vətəndaşı girov götürüb 444 gün saxladıqdan sonra ABŞ və İran arasında münasibətlər pozuldu. Bu yaxınlarda Birləşmiş Ştatların İranın yüksək rütbəli generalını İraqda öldürməsindən sonra münasibətlər daha da gərginləşdi. Bu hadisə gərgin münasibətlərə görə ABŞ-da özlərini onsuz da həssas vəziyyətdə hiss edən bir çox iranlı amerikalı arasında narahatlıqların artmasına gətirib çıxarıb.

Birləşmiş Ştatlar hökuməti ilə İran rejimi arasında gərginliyin artması ABŞ-da yaşayan bir çox iranlı amerikalı arasında narahatlıq və qorxu hisslərinin artmasına səbəb olub.

Massaçutses Texnologiya İnsitutunda bakalavr və magistr dərəcəsini alan Sem Sinai Harvard universitetində doktorantura tələbəsidir. O, gen terapiyasının yaxşılaşdırılması üçün texnologiyalar inkişaf etdirən bir şirkətin həmtəsisçidir. “Mən buraya gələndə məqsədim elmi inkişaf etdirmək və bəşəriyyətə elə bir şəkildə töhfə vermək idi ki, insanların haradan gəldiyi anlaşılsın. Mən mühacirəm. Məni bütün bəşəriyyətin taleyi maraqlandırır və mən ölkələr arasındakı münaqişələrə cəlb olunmaq istəmirəm.”

Sinay müharibə qorxusunun hər iki ölkənin vətəndaşlarını narahat etdiyini deyir. “İki ölkənin bir-biri ilə münasibətləri pis olduqda, tərəflər bir-birini düşmən kimi qələmə verir. Biz burada nifrət zəminində cinayətlərin qurbanı olmaqdan və ya evə qayıdanda casus damğası almaqdan qorxuruq. Beləliklə, hər iki tərəfdə normal həyatımızı yaşamaq istəsək də, təhdidlərə məruz qalırıq.”

Aman Ardalan Birləşmiş Ştatlarda döğulub böyüyən iranlı amerikalıdır.
“Hazırda şəxsən özümə qarşı heç bir təhdid hiss etmirəm. Lakin hər yerdə iranlı amerikalıların adlarının çağırıldığını və ya heç bir səbəb olmadan saxlanıb yoxlanması barədə xəbərlər məni ciddi şəkildə narahat edir.”

Elə bu səbəbdən də Ardalan siyası fəal olmaq qərarı verib. “Dünən mən “Moveo-On”un təşkil etdiyi “İranla Müharibə Yox” yürüşündə iştirak etmək üçün Kapitoli binasının qarşısına getdim. Oraya gedib həm Konqres, həm də dünyanın müxtəlif ölkələrindən Konqreslə işləyən təşkilatlarla müttəfiq olduğumuzu görəndə, həqiqətən, özümü güclü hiss etdim və ədalət uğrunda mübarizədə müttəfiqlərimin olduğunu bildim.”

Lakin "İranlı Amerikalıların İctimaiyyətlə Əlaqələr Alyansı"ndan məsləhətçi Əli Rəhnama iranlıların hamısının bundan əmin olmadığını deyir. “İranlı amerikalıların icması Birləşmiş Ştatlarla İran arasındakı münasibətlər və bunun onların icmasına da təsirlərindən narahatdır.”

“Və bu narahatlıqlar etiraz etmək, ölkədən çıxmaq və geri qayıtmaq kimi qorxulara səbəb olur. Hətta ABŞ vətəndaşları üçün belə - bir çoxu mənə bir vəkil olaraq “Avropaya gedə bilərəmmi? Cənubi Amerikaya gedib, geri qayıda bilərəmmi? Qayıtmaq mənim üçün təhlükəlidirmi? Mənə nə olacaq?” kimi müraciətləri məni dəhşətə gətirir.”

Sinay deyir ki, bu vəziyyətdə əsas diqqət insan faktoruna yönəldilməlidir.Biz eyni bəşəriyyətin bir hissəsiyik. Biz anlamalıyıq ki, hamımıza təsir edən problemlər, buraya iqlim dəyişikliyi, sağlamlıq problemləri də daxildir, bunların hamısını bəşəriyyətin eyni üzvləri kimi qəbul etməliyik ki, bu problemləri həll edə bilək.”

Elşən Farsşı Kaliforniya universitetinin məzunudur. "Biz bu məsələlərə dərindən fikir verməliyik. Problemlər nədən ibarətdir və kökü nədir, bunları necə həll edə bilərik? Davam edən bu gərginlik həyat qurmaq və ya rifah əldə etmək üçün əlverişli deyil, çünki cəmiyyətin bütün təbəqələrinə təsir edir. İrandakı etirazlar və bu yaxınlarda baş verən təyyarə problemi - bütün bunlar təcrid olunmuş məsələlər olmadığını göstərir və sosial qrupundan asılı olmayaraq, hamımıza təsir edir."

XS
SM
MD
LG