Çərşənbə günü İran rialının dollarla müqayisədə dirçəlişi dayanıb. İran mediasının yaydığı məlumatlara zidd olaraq əksər iranlılar “ucuz” dollar tapa bilmədiklərini deyirlər.
İran mediası dəyərini bir gündə 50 faiz itirərək 190,000 riala qalxmış bir dolların bu günlərdə 100,000 rialadək ucuzlaşdığını xəbr vermişdi. Lakin rialın qeyri-rəsmi dəyərini izləyən Bonbast.com saytı bir dolların çərşənbə günü 147,000 rial olduğunu bildirib.
İran sakinləri dövlət mediasının dolların ucuzlaşması barədə yaydığı xəbərlərin həqiqətə uyğun olmadığını deyirlər.
İranın dövlət mediası xəbər yaymışdı ki, dolları riala çevirməyə tələsən adamlar ABŞ valyutasının dəyərini endiriblər. Lakin bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğu bəlli deyil.
Dolaşan məlumatlar rialın nisbi qalxımını milli pul vahidini qorumağa çalışan hökumətin sərt müdaxiləsi ilə izah edirlər. Onlar həmçinin xalq arasında irana təzyiqlərin azaldığına dair təsəvvürün formalaşması kimi psixoloji faktorları əsas gətirirdilər.
Lakin Amerikanın Səsinin Fars Xidmətinin “Düz Söhbət” proqramına zəng edən dinləyicilər dolların ucuzlaşması barədə dövlət mediasının dediklərinin reallığı əks etdirməyini söyləyiblər.
Dinləyicilər şəhər küçələrində bir dolların 147,000 riala satıldığını deyiblər.
“Hər şey hələ də bahadır,” deyə özünü Soqand kimi təqdim edən Tehran sakini bildirib.
Hər şey hələ də bahadır.
Bir çox iranlılar son aylarda Vaşinqtonla qarşıdurmanın intensivləşəcəyindən ehtiyat edərək dollar toplayırlar.
ABŞ-ın İslam Respublikasına tətbiq etdiyi və bu dəfə enerji ixracını hədəf alacaq sanksiyaların növbəti raundu 5 noyabrda qüvvəyə minəcək.