Accessibility links

Iran ABŞ-ın birbaşa danışıqlar istədiyini deyir


Iran ABŞ-ın birbaşa danışıqlar istədiyini deyir
Iran ABŞ-ın birbaşa danışıqlar istədiyini deyir

İran hökuməti bildirib ki, ABŞ qeyd-şərtsiz danışıqlar aparmaq üçün hazır olub-olmadığını müəyyən etməlidir. Hökumət rəsmiləri eyni zamanda Yaxın Şərq ölkələrini özlərini "təhlükəli" vəziyyətə qoymamağa çağırıb. İran xarici işlər naziri Əli Əkbər Salehi Türkiyəyə bu günkü səfəri zamanı açıqlama verib.

İran tərəfdən bu kimi çağırışlar Birləşmiş Ştatların İranın nüvə proqramına dair danışıqları bərpa etməyə hazır olduğunu bildirdikdən sonraya təsadüf edir. ABŞ höküməti qeyd edib ki, danışıqlar yalnız Tehran məsələni açıq-aşkar müzakirə etməyə hazır olduğu təqdirdə baş tutacaq. Dövlət Departamentinin sözcüsü Viktoriya Nuland dünən deyib ki, İran hökuməti istədiyi təqdirdə BMT Təhlükəsizlik Şurasının beş daimi üzv ilə danışıqlara yenidən qoşula bilər.

Tərəflər sonuncu dəfə bir il bundan əvvəl görüşüblər. Adı çəkilməyən İran siyasətçisi dünən bildirib ki, prezident Barak Obama İran hökumətinə ünvanladığı məktubunda İslam Respublikasını birbaşa danışıqlar aparmağa çağırıb.

XS
SM
MD
LG