İranlı kürd üsyançılar İranın İraq Kürdüstanında kürdlərin baş qərargahını hədəf alan raket hücumuna cavab veriləcəyi ilə hədələyib.
İranın İnqilab Qvardiyası tərəfindən raket İran Kürdüstanının Demokrat Partiyasının (KDPI) İraqın Koya şəhərindəki qərargahına sentyabrın 8-də atılıb.
KDPI 15 üzvünün öldüyünü, digər bir neçə adamın yaralandığını bildirib.
“Bu faciə bizim daha yaxından əməkdaşlıq edib, İslam Respublikasının gələcəkdə bu kimi əməllərinə yol verilməməsini göstərir” - deyə, partiya sədri Mustafa Mauludi Amerikanın Səsinə bildirib.
Tehran tərəfindən terrorçu təşkilat adlandırılan KDPI İranın ən uzunmüddətli hərəkatıdır. Bu təşkilat 1979-cu ildən bəri kürdlərin milli hüquqlarının müdafiəsi naminə İranla partizan müharibəsi aparır.
İran rəsmiləri kürd separatistlərini İraqla sərhəd bölgələrdə patrul qüvvələrinə qarşı bir neçə hücuma görə ittiham edib.
Hökumətin bəyanatında bildirilib ki, partiyanın qərargahına hücum Qərbi Azərbaycan, Kürdüstan və Kirmanşah vilayətlərindən ABŞ-la əlaqəsi olan terrorçu qruplaşmaların fəaliyyətlərinə mane olunması mahiyyəti daşıyıb.
KDPI isə iddiaları rədd edib.
İran rəsmiləri küdr üsyançılarının ABŞ-dan motivasiya aldığını və ABŞ-ın iqtisadi tənəzzül yaşayan İranda sabitsizlik yaratmaq istədiyini bildirir.
Amerikanın İranla 2015-ci il nüvə sazişindən çıxması ilə İrana qarşı tətbiq etdiyi sannksiyaları iqtisadiyyata ciddi şəkildə ziyan vurub.
Ötən həftə İranın İnqilab Qvardiyasının komandiri Məhəmməd Baqeri Press TV-yə İranın İraq ərazisində hücumunu müdafiə edərək, rəsmi Tehranın özünü ABŞ təcavüzündən qorumaq hüququna malik olduğunu deyib.
ABŞ dövlət Departamenti Vaşinqtonun kürd üsyançıları təşvif etdiyinə dair iddiaları rədd edib.
İraq və Kürdüstan hökumətləri İranın hücumu ölkənin suverenliyinin pozulması adlandıraraq, İraqdan aralarındakı münaqişədə istifadə edilməməsinə çağırıb.
Eksperlərin fikrincə, daxili və beynəlxalq müstəvidə İrana qarşı təzyiqlərin artması ilə İran və kürdlər arasında qarşıdurma daha da artacaq.