Accessibility links

İranlılar niyə Türkiyədən ev alır?


İranlıların Türkiyədə əmlak satın alan xarici ölkə vətəndaşları arasında birinci yeri tutması bu günlərdə İran mediası və iqtisadçıların gündəmindədir.

Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı məlumata əsasən, iranlılar keçən avqust ayında Türkiyədə 911 daşınmaz əmlak satın alıblar.

Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən “Nasr News” internet portalının “İranlılar niyə Türiyədən ev alır?” başlığı ilə yaydığı xəbərə görə, Türkiyədən ev alan iranlıların sayı keçən 2 il ərzində 15 qat artıb.

Türkiyədə nağd minimum 250 min dollar ödəyərək daşınmaz əmlak satın alan xarici ölkə vətəndaşları Türkiyə vətəndaşı olmağa haqq qazanırlar.

Tehranda fəaliyyət göstərən “İqtisad News” veb səhifəsi yazıb ki, “nüvə anlaşmasının imzalanıb-imzalanmayacağı, İranın FATF və ya Palermo kimi beynəlxalq konvensiyalara qoşulub-qoşulmayacağı, sanksiyaların ləğv edilb və ya davam edəcəyi, İranın bank sisteminə qoyulan blokanın qaldırılıb-qaldırılmayacağı, habelə daxili və beynəlxalq siyasi gərginliklərin çözülüb-çözülməyəcəyi ilə bağlı qeyri-müəyyənliklər bəzi şəxslər və ailələrə mühacirət etməyi düşündürür.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG