Accessibility links

İraqda intiharçı hücumlar nəticəsində 46 adam həlak olub


Hücumların biri Bağdadda, digəri isə Suriya ilə sərhəd yaxınlığında Qaim şəhərində baş verib

İraq rəsmiləri iki intiharçının Əl-Qaidə əleyhdarı milis qrupuna hücumu nəticəsində 46 adamın həlak olduğunu bildirirlər. Rəsmilərin bildirdiyinə görə, intiharçı özünü Bağdadın əsas etibarilə sünnilərin yaşadığı Rədvaniyyə məhəlləsində İraqın Oğulları sünni milis qrupunun ofisi qarşısında partladıb. 43 adam həlak olub, 40 adam yaralanıb. Polisin verdiyi məlumata görə, ikinci intiharçı hücumu Suriya ilə sərhəd yaxınlığında yerləşən Qaim şəhərində sünni milis rəhbərlərinin görüşü zamanı baş verib. Hadisə nəticəsində üç adam həlak olub. Hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG