Accessibility links

İraqda 1500 girov İŞİD esirliyindən xilas edilib


İraq ordusu İŞİD terror qruplaşmasının həbsxanasında olan 1500-ə yaın əsiri azad edib.

“Frans Press” verdiyi məlumata görə, İraq hərbçiləri əsir saxlanılan şəxsləri Anbar əyalətinin Xit şəhəri uğrunda gedən döyüşlər zamanı aşkarlayıblar.

Polis polkovniki Fadel ən-Nimravi bildirib ki, gizli “həbsxana” terrorçular tərəfindən yerin altında yaradılıb.

Orada saxlanılan 1500-dək əsir və girovlar hərbçilər tərəfindən azad edilib. Onların əksəriyyətinin mülki şəxs olduğu bildirilir.

Xatırladaq ki, İraq və Suriyada geniş bir əraziyə nəzarət edən İŞİD terror qruplaşması onlarla razılaşmayan yüzlərlə yerli sakini ya həbs edir, ya da öldürür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın Ukrayandakı mülki obyektlərə silsilə raket hücumları davam edir
please wait

No media source currently available

0:00 0:12:45 0:00
XS
SM
MD
LG